Himalay sidri (lat. Cedrus deodara) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü.
Himalay sidri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Himalay sidri |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Cavan ağacların gövdəsinin qabığı hamar olur, yaşlaşdıqca çatlar əmələ gəlir və iri pulcuqlar şəklində oduncaqdan ayrılır. Çətiri piramidal formalı və budaqlarının ucları aşağı sallanan ağacdır. İynəyarpaqları düz, sivri, bozumtul-yaşıl və ya mavi-yaşıldır, 5 sm-ə qədər uzunluqdadır.
Qozaları iri, yumurtavarı, yetişmiş qozaları qırmızı-qonur rənglidir, uzunluğu 10 sm-ə, eni 5-6 sm-ə çatır. Toxumları iri qatranlı, üçbucaq, nazik qabıqla örütülüdür, toxumu dairəvidir və kip oturur. Cücərtiləri 8-10 ləpəli olur.
Himalay sidri torpağa az tələbkardır, torpağın həddən artıq rütubətinə və bərkiməsinə davamsızdır. Bəzən sərt şaxtalardan zərər çəkir. Rütubətli dəniz küləklərinə davamsız, quraqlığa və şiddətli istilərə davamlıdır. Çox dekorativ ağacdır. Parklarda, bağlarda, küçələrdə tək-tək və yüksək qiymətləndirilir. Azərbaycanda Gəncə, Zaqatala, Qazax], Lənkəran, Bakı şəhərlərinin yaşıllıqlarında təsadüf edilir. Abşeronda orta dərəcədə suvarılan boz-qonur, qonur və boz torpaqlarda zəif olsa da, normal inkişaf edə bilir.