Himasthla schachtachtinskoi

Himasthla schachtachtinskoi (lat. Himasthla schachtachtinskoi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.

Himasthla schachtachtinskoi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Himasthla schachtachtinskoi
Beynəlxalq elmi adı
  • Himasthla schachtachtinskoi

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bədəni 6,59-7,31 mm uzunluğa və balalıq yerləşən nahiyədə 0,44-0,462 mm enə malikdir. Yaxalıq diametri isə 0,294-0,315 mm-dir. Yaxalıq 25 tikanla örtülüdür. 0,038-0,042х0,012 mm olan yaxalığın yan paylarında tək-tək yerləşən tikanlar o birilərdən dalda olur. 23 tikan nisbətən iridir və dorzal hissədə qırılmayan iki cərgə təşkil edir. Bunlar ölçüdə olub, 0,050-0,055 mm uzunluğa və 0,013 mm enə malikdir. Dairəvi ağız əmziyinin uzunluğu 0,082-0,084 mm, eni isə 0,071-0,084 mm-dir. Prefarinks 0,042-0,046 mm olub, oval farinkslə birləşir, ölçüsü 0,084-0,099х0,054-0,72 mm-dir. Qida borusu 0,460-0,478 mm-dir. Uzun cinsi bursa bağırsağın bifurkasiyasından başlayaraq qarın əmziyində müəyyən məsafədə yerləşir. Qarın əmziyinin diametri 0,273-0,294 mm-dir. Ağız əmziyinin mərkəzi ilə qarın əmziyinin mərkəzi arasında 0,645 mm məsafə vardır. Toxumluqların kənarı hamar, oval şəkillidir və bədənin dal 1\3 hissəsində median xətti yerləşmişdir. Toxumluqlar arasındakı məsafə 0,236 mm-dir. Qabaq toxumluq 0,567-0,630x0,252-0,310 mm, dal toxumluq isə 0,630-0,650x0,253-0,270 mm-dir. Yumurtaların sayı çoxdur. Onlar oval şəklində olub,0,084-0,088 mm uzunluğa və 0,0054 mm enə malikdir.[1]

Növdaxili müxtəlifliyi Politipdir, Parazit orqanizm olub quşların bağırsağında (Larus ridibundus) yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Hermafordit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Üçüncü dərəcəli konsumentdir. Mühafizəsinə ehtiyac yoxdur. [2]

Dünyada 27, Azərbaycanda 7 növlə təmsil olunmuşdur. Azərbaycanda Lənkəran rayonu (Qızılağac Dövlət Təbiət Qoruğu) ərazisində yayılmışdır.

  1. Фейзуллайева О.В., Мащмудова Й.А. Труды Азерб.пед.ин-та, Б., 1961, том XVII, стр. 39-42.
  2. Фейзуллайева О.В., Мащмудова Й.А. Труды Азерб.пед.ин-та, Б., 1961, том XVII, стр. 39-42.