Hind dəlibəngi

Zərərsiz dəlibəng (lat. Datura innoxia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü.

Zərərsiz dəlibəng
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Datura innoxia

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik (kulturada birillik) ot bitkisi olub, yabaşəkilli-budaqlanan, qırmızımtıl-bənövşəyi gövdəyə malikdir. Yarpaqları növbəli, enli yumurtavari, dayaz oyuqlu, sıx tükcüklü, uzun saplaqlı, kəskin məstedici iyi vardır. Çiçəkləri tək, düzgün, beşüzvlü, ikiqat çiçək yatağı vardır. Kasacığı boruşəkilli, yaşıl, tacı boruşəkilli-qıfabənzər, ağ rəngli olub, uzunluğu 20 sm-dir. Meyvəsi başı aşağı əyilmiş, demək olar ki, şarşəkilli qutucuqdan ibarət, sıx yumşaq tikancıqlardan ibarətdir. Toxumları çoxsaylı, yastılaşmış, böyrəkvari olmaqla, açıq-sarı rənglidir. İyuldan oktyabr ayına qədər çiçəkləyir, meyvələri isə avqustda yetişir.

Qutucuqları əl ilə toplanılmalıdır. Yetişməmiş şirəli meyvələri toplanılır.Qutucuğu kəsilir, küləş doğrayan maşınla doğranır, günəşin altında və ya 40-50°С-da quruducu şkafda qurudulur. Qutucuqlarından toxumları ayrılır, texnoloji proseslərlə tərkibindəki alkaloidlər alınır.

Xammalında qutucuğu müxtəlif forma və böyüklükdə olmaqla, sıx, iti, nazik, 1 sm-ə qədər uzunluğunda tikanlı, toxumlu və şirəlidir. Özünəməxsus zəif iylidir. Dadını müəyyən etmək olmaz.

Meyvə və toxumları B siyahına daxildir. Meyvələrinin saxlama müddəti 1 il, toxumları isə 3 ildir.

Tərkibi  və təsiri

[redaktə | mənbəni redaktə et]

Bitkinin bütün hissələri tropan sırası alkaloidlərdən (skopolamin və hiosçiamin) ibarətdir. Alkaloidlərin çox miqdarı meyvə və toxumlarının tərkibində olur. Yetişməmiş qutucuğunun tərkibində 0,55%, toxumlarının tərkibində isə 0,31% yüksək keyfiyyətli alkaloidlər vardır.

Skopolamin hidrobromid, toz(substansiya), 0,05%-li məhlul. Mərkəzi və periferik M-xolinoblakatr və sedativ maddədir.

Aeron, həb, 0,0005 q, (skopolamin kamforat 0,0001 q və hiosçiamin kamforat 0,0004 q), M-xolinoblakatr dərmandır.

Xammalındanskopolamin alınır. M-xolinoblakatr dərmandır.

Tərkibində skopolamin alkaloidi vardır. Skopolaminin  kimyəvi tərkibi atropindən mürəkkəb efir olan, skopin spirtindən və tropin turşusundan ibarətdir. Skopolaminin mərkəzi sinir sisteminə sedativ təsir edərək, hərəki aktivliyi azaltmaqla, yuxugətirici təsir edir. Periferik M – xolinoreseptorlara atropindən güclü təsir edərək, qısa müddətli midriatik təsir göstərir, akkomodasiyanı iflic edir, ürəyin yığılmasını azaldaraq, saya əzələlərin tonusunu, mədə-bağırsaq sekresiyasını və tər vəzilərinin ifrazını aşağı salır.

Hind dəlibəngininmeyvə və toxumlarından alınan skopolamin alkaloidi sinir-psixi praktikada keyfiyyətli sedativ dərman maddəsidir. Aeron dərmanının tərkibində olan skopolamin kamforat dəniz və hava xəstəliklərinin müalicəsində, Menyer xəstəliyində, üzdə və yuxarı tənəffüs yolu xəstəliklərində müvəffəqiyyətlə tətbiq edilir.