Hind yaseni

Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü.

Uca aylant
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur. Meyvə: Meyvəsi yastı qanadmeyvə, uzunluğu 3-4 sm, rombşəkilli formada və qanadın ortasında yerləşmiş bir toxumdan ibarətdir. May (iyun) ayında çiçəkləyir, (avqust) sentyabr (oktyabr) ayında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Qədimdən Abşeronun hər yerində əkilir. Kür-Araz, SamurŞabran, Lənkəran, Alazan-Əyriçay oval., Kür, Naxçıvan, İsmayıllı və Xəzəryanı düz. rast gəlinir.

Əsas yayılma nöqtələri

[redaktə | mənbəni redaktə et]

Bakı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Gəncə,Yevlax, Mingəçevir, Bərdə, Ağdam, Salyan, Sabirabad, Beyləqan, Naxçıvan və s.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Oduncağından mebel və müxtəlif xarrat məmulatlarının hazırlanmasında istifadə olunur. Qabıq və yarpaqları tibbi əhəmiyyətə malikdir. Yeni zoğlarından, çiçəklərindən və cavan qabığından alınan cövhər bəzi xəstəliklərdə istifadə olunur. Qabığındakı qətranlı şirəsi yağlı boyaların hazırlanmasında istifadə olunur.

    • Ailanthus altissima var. altissima altissima
    • Ailanthus altissima var. erythrocarpa (Carrière) Rehder
  • Ailanthus altissima f. erythrocarpa (Carrière) Rehder
  • Ailanthus altissima f. pendulifolia (Dippel) Rehder
    • Ailanthus altissima var. ramosissima B.C.Ding & T.B.Chao
  • Ailanthus altissima f. rubra (H.Jaeger) Geerinck
  • Ailanthus cacodendron (Ehrh.) Schinz & Thell.
  • Ailanthus erythrocarpa Carrière
  • Ailanthus esquirolii H.Lév.
  • Ailanthus giraldii Dode
    • Ailanthus giraldii var. duclouxii Dode
  • Ailanthus glandulosa Desf.
    • Ailanthus glandulosa var. erythocarpa (Carrière) Mouill.
  • Ailanthus glandulosa f. erythocarpa (Carrière) C.K.Schneid.
  • Ailanthus glandulosa f. pendulifolia Dippel
  • Ailanthus glandulosa f. rubra (H.Jaeger) Dippel
    • Ailanthus glandulosa var. spinosa M.Vilm. & Bois
  • Ailanthus japonica K.Koch
  • Ailanthus japonica Dippel
  • Ailanthus peregrina (Buc'hoz) F.A.Barkley
  • Ailanthus pongelion J.F.Gmel.
  • Ailanthus procera Salisb.
  • Ailanthus rhodoptera F.Muell.
  • Ailanthus rubra H.Jaeger
  • Ailanthus sinensis Dum.Cours. [Illegitimate]
  • Ailanthus vilmoriniana Dode
    • Ailanthus vilmoriniana var. henanensis J.Y.Chen & L.Y.Jin
  • Albonia peregrina Buc'hoz
  • Choerospondias auriculata D.Chandra
  • Pongelion cacodendron (Ehrh.) Farw.
  • Pongelion glandulosum (Desf.) Pierre
  • Pongelion vilmorinianum (Dode) Tiegh. [Invalid]
  • Rhus cacodendron Ehrh.
  • Toxicodendron altissimum Mill.