Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622–1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Müharibənin əsas səbəbi Amerika qitəsini şərqdən işğal etməyə başlayan avropalıların sürətli şəkildə artması və bunun nəticəsində yerli əhali olan hinduların qərb istiqamətində sıxışdırılması olmuşdur. Bu müharibə nəticəsində hindu soyqırımları da baş vermişdir.
Hindu müharibələri | |||
---|---|---|---|
Tarix | 1622 - 1924 | ||
Yeri | Şimali Amerika, ABŞ əraziləri | ||
Nəticəsi | Amerika Birləşmiş Ştatlarının aparılan müharibədə qalib gəlməsi, Hinduların xüsusi düşərgələrə köçürülməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1894-cü ildəki hesablamalara əsasən ABŞ və hindular arasında 40-dan çox döyüş baş vermiş, nəticədə 30,000 hindu və 19,000 müstəmləkəçi həlak olmuşdur.
2010-cu il hesablamalarına əsasən ABŞ əhalisinin yalnız 0,9%-i ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir.[1] Amerika qitəsinin kəşfindən əvvəl isə burada nə qədər hindunun yaşadığı barədə isə dəqiq məlumat yoxdur.
Hinduların immun sisteminə yad olan Avropa mənşəli yoluxucu xəstəliklər, qəbilə arası müharibələr, Avropa müstəmləkəçilərinə qarşı müharibələr, Kanada və Meksikaya köç və assimilyasiyanın təbii nəticəsi olaraq ABŞ hindularının sayı XIX əsrdə bir milyonun altına düşmüşdür. Bu enişin əsas səbəbi olaraq avropalı istilaçı və tacirlərin Avropadan gətirdikləri yeni xəstəliklər olduğu bir çox alim tərəfindən söylənmişdir. Məsələn, bəzi təxminlərə görə su çiçəyi epidemiyası nəticəsində hindu əhalisində 80–90% ölüm qeydə alınmışdır.
İlk mübarizə 1600-cü illərdə Britaniyadan gəlmə ingilislərlə yerli hindu qəbilələri arasında olmuşdur. Daha sonra əsrlərə yayılan müharibələr başlamışdır. Bu müharibələrin də əksər hissəsində hindular ingilislərlə döyüşmüşdür. Amerikan inqilabı dövründə isə hindular həm amerikalılara, həm də ingilislərə qarşı mübarizə aparmağa məcbur olmuşdur.