Hindistan lagerströmiyası

Hindistan lagerströmiyası (lat. Lagerstroemia indica) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin lagerströmiya cinsinə aid bitki növü.

Hindistan lagerströmiyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Bitkinin vətəni Çindir. Yaponiyada və Koreyada da yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 7 m-ə çatan, dağınıq yumurtavari çətirə, çəhrayı rəngli, hamar qabıqlı gövdəyə və budaqlara malik ağac və ya koldur. Yarpaqları ellipsvari, hamar, dərivari, parlaq və əlvan-yaşıl, uzunluğu 4-8 sm, payızda sarımtıl-qırmızı rəng alır. Çiçəkləri iridir, əlvan-çəhrayı, tünd mavi, bəzən ağ rəngdə olub, iri süpürgə çiçək qrupunda toplanmışdır. İyunun sonundan oktyabrın əvvəllərinə qədər kütləvi çiçəkləyir. Bu zaman olduqca dekorativ görünür. Meyvəsi 6 toxumlu yumru qutucuqdur. Hindistan lagerströmiyasını çox vaxt "Hindistan yasəməni" adlandırırlar, ancaq əsl yasəmən və lagerströmiya müxtəlif fəsilələrə və sıralara aiddir.

Şaxtaya davamlıdır, yayın yüksək hərarətində və quraqlıq dövrlərdə çiçəkləmə azalır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bakı və Abşeronun yaşıllaqlarında geniş istifadə olunur.

Dekorativ bitkidir, park tərtibatında istifadə edilir. Cövhəri kosmetik məqsədlərlə tətbiq edilir.