Hipnoz cərrahiyyə — xəstənin ənənəvi anesteziyadan yox hipnoterapiya ilə sakitləşdirildiyi əməliyyat. Anesteziya üçün hipnoz ilk dəfə 1840-cı ildə cərrah Jeyms Braid tərəfindən istifadə edilmişdir. Bəzən mediada hipnoz altında cərrahiyyə əməliyyatının aparılması barədə xəbərlər olur,[1][2] lakin onlar nəzarət edilən şəraitdə həyata keçirilmədiyi üçün onlardan heç bir nəticə çıxarmaq olmur.
Hipnoz cərrahiyyə | |
---|---|
MeSH | D006991 |
Doğuş[3] və ya əməliyyatdan sonrakı ağrı kimi digər kontekstlərdə ağrının müalicəsində hipnozun effektivliyini dəstəkləmək üçün kifayət qədər dəlil yoxdur.
Mesmerizm (heyvan maqnitizmi də adlandırılir) — Franz Mesmer tərəfindən heyvanlarda görünməz təbii qüvvə hesab etdiyi bir termindir. O, həmçinin onu şəfa kimi fiziki təsirləri ola biləcəyinə inanırdı.[4]
İlk hipnoz cərrahiyyəsi ilə tanınan Ceyms Braid ilk dəfə Çarls Lafonten tərəfindən maqnetizmlə bağlı ictimai tamaşada iştirak edərkən mesmerizmi müşahidə etdi. Daha iki şouda iştirak etdikdən sonra o, belə qənaətə gəldi ki, müşahidə olunan fiziki təsirlər olsa da, onlar maqnit müdaxiləsindən qaynaqlanmayıb. Braid daha sonra mesmerizmin subyektin görmə və konsentrasiyası ilə əldə edildiyi fikrini sübut etmək üçün öz üzərində təcrübədən istifadə etdi. Buna görə də Braid Lafontenin nümayiş etdirdiyi hadisələrin maqnetizmlə heç bir əlaqəsi olmadığını iddia etdi. Jeyms Braid daha sonra işinin mesmerizmlə qarışmasının qarşısını almaq üçün "hipnoz" terminini qəbul etdi.[5]
Hipnozun cərrahiyyədə ağrıları, mədə-bağırsaq traktında spazmları aradan qaldırmaq, reabilitasiya və əməliyyat zamanı anesteziya kimi istifadə edildiyi iddia edilir.[6]
Hipnozun cərrahiyyədə anesteziya vasitəsi kimi istifadə edildiyini iddia edilən ilk hadisə fransız cərrahı Jül Germain Kloketin (1790–1883) tərəfindən hipnozun təsiri altında olduğu qadının döşünü əməliyyat etməsi zamanı baş vermişdi. Əməliyyat şişin çıxarılması idi. Karyerası ərzində o, yeganə anesteziya forması kimi hipnozdan istifadə edərək bir neçə uğurlu əməliyyat keçirdiyini iddia edirdi.[7]
1945-ci ildə Sinqapurda River Valley Road hərbi əsir xəstəxanasında, kimyəvi anesteziklərin tədarükü yaponlar tərəfindən ciddi şəkildə məhdudlaşdırılarkən, Maykl Vudruff və onun həmkarı Hollandiya Kral Qüvvələrinin işçisi olan həkim-stomatoloq, geniş spektrli stomatoloji və cərrahi əməliyyatları hipnozdan yeganə anesteziya vasitəsi kimi istifadə edirdilər.[8]
Hipnoz, əməliyyatdan sonra xəstələrin daha sürətli sağalmasına kömək etmək üçün də faydalı ola bilər.[9] Bir araşdırmada cərrahi sağalma zamanı hipnozdan istifadə edən xəstələrdə toxumaların daha sürətli sağalması bildirilmişdir.[10]
Bir sıra digər tədqiqatlar şəfa və sağalma ilə psixoloji əlaqəni göstərmişdir.[11]
Cərrahi əməliyyatdan sonra 7 həftəyə qədər xəstələr üzərində aparılan bir araşdırmada tədqiqatçılar hipnozdan istifadə etmiş xəstələrdə yalnız dəstəkləyici diqqət və ya "standart əməliyyatdan sonrakı qayğı" alanlara nisbətən daha çox sağalma və yaxşılaşma tapmışdılar.[6]
Kokran araşdırması tərəfindən müxtəlif psixoloji müalicələrin (o cümlədən hipnozun) əməliyyatdan sonrakı nəticələrin effektivliyinə dair bu yaxınlarda aparılmış araşdırma belə nəticəyə gəlmişdir ki, "dəlillərin gücü əməliyyata psixoloji hazırlığın rolu haqqında qəti nəticə çıxarmaq üçün kifayət deyil" və sübutların keyfiyyəti barədə "çox aşağı" olduğu haqda məlumat vermişdi.[12]