Hippophae

Çaytikanı (lat. Hippophae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinə aid bitki cinsi.

Çaytikanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yayılması və növləri

[redaktə | mənbəni redaktə et]

Çaytikanı bitkisinin hündürlüyü 7 m. olur, nadir hallarda 15 metrə çatır. Tikanlı budaqlara malikdir. Çiçəkləri kiçik və bircinslidir. İkievli bitkidir. Çiçəkləri yarpaqların qoltuğunda iki-iki, beş-beş yerləşirlər. Meyvələri çəyirdəkmeyvədir, budaqlara yapışmış vəziyyətdə olurlar. Dünya miqyasında çaytikanının 3 növü yayılmışdır. Dağ çaylarının məcralarında bitir. Çaytikanı toxumla və vegetativ üsulla çoxalır. Meyvələri yeyilir. Yağ almaq üçün becərilir. Çaytikanı qiymətli dərman bitkisidir.

Azərbaycanda Böyük və Kiçik Qafqazın bütün rayonları, Samur-Dəvəçi və Lənkəran ovalıqları, Naxçıvan və Lənkəranın dağlıq hissəsi, Qobustan və Alazan-Əyriçay vadisində yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m-ə qədər) rast gəlinir. Əsasən çay kənarlarında, çaqıl daşlıqlarda, qayalı yamaclarda, qumsal torpaqlarda və tuqay meşələrində bitir.