Hippuritlər (Hippurites) - rudistlər dəstəsindən (Pachyodonta) olan ikitayqabıqlı molluskların cinsi. Qabığın ölçüsü bəzən 1 m-ə çatır. Uzunsov — konusvari və ya hətta silindrik sağ tay substrata, azqabarıq və yastı sol tay isə uzun-yoğun dişli qapaq şəklində olub, sağ tayı örtürdü. Kilid paxiodont tiplidir. Aralıq dənizi paleocoğrafi vilayətinin gec təbaşir dənizlərinin dayaz zonalarında məskunlaşmışdır. Hippuritlər mərcanlarla birlikdə orqanogen qurumlar əmələ gətirmişdir.
Hippuritlər | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Hippuritlər |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|