Hirkan azatı (lat. Zelkova hyrcana) — qarağackimilər fəsiləsinin zelkova cinsinə aid bitki növü.
Hirkan azatı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Hirkan azatı |
||||
Beynəlxalq elmi adı | ||||
|
İranda təbii arealı vardır.
Hündürlüyü 20-25 m olan ağacdır. Gövdəsinin qabığı hamar, yaşılımtıl-boz rəngdədir. Yarpaqları yumurtavarı uzunsov, 3-5 sm uzunluqda alt tərəfdən xüsusən damarlar boyu qısa tükcüklü, nadir hallarda çılpaq, 7-9 yan damarlara malikdir. Onların kənarları iti dişli olub, 1-3 mm uzunluqda saplaqlar üzərində yerləşir. Cavan zoğların yarpaqları bir qədər iri olub 12 sm uzunluqdadır meyvəsi bucaqlı, fındıqca, az və ya çox qısa tüklü və ya çılpaq, yaşılımtıl, 5 m uzunluqdadır. Aprel ayında çiçəkləyir, meyvələri isə oktyabr-noyabr aylarında yetişir. Hirkan azatı vələsyarpaq azata nisbətən isti və rütubət sevəndir.
Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Təbiətdə generativ və vegetativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsinə səbəb başlıca olaraq insan fəaliyyətidir. Mədəni şəraitdə nəbatat bağlarında becərilir. Bitkinin təbii areallarında yasaqlıqların yaradılması labüddür.
Azərbaycanın nadir bitkisidir. EN B1ab (I,ii,iii,iv,v)+2b(i)c(ii,iii). Azərbaycanda arealı geniş deyildir. Lənkəran, Yardımlı, Lerik, Masallı, Astara ərazilərində təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.
Bitkinin təbii areallarında yasaqlıqların yaradılması labüddür.