Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür.
Hirkan gülxətmisi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Hirkan gülxətmisi |
||||
Beynəlxalq elmi adı | ||||
|
35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir. Meyvəsi 15-20 mm enində, 30-32 yumurtavari meyvəciklərdən ibarətdir. Toxumları qəhvəyi rəngdə, az sayda, narın tükcüklərlə örtülmüşdür.
Çiçəkləmə və meyvəgətirmə dövrü iyun-avqust-sentyabr aylarına təsadüf edir. Toxum vasitəsilə çoxalır, az su ilə təmin olunan şəraitə davamlı (kserofit), işqsevən (heliofit), qumlu düzənliklərdə, psammofit qruplaşmalarda və dağ ətəklərində, moruq kollarının arasında rast gəlinir. Dekorativ və dərman bitkisidir.
Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsidir.
Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Antropogen amillər (infrastrukturun inkişafı), populyasiyanın zəif təkrarlanması, bitdiyi yerlərdə iqlim şəraitinin dəyişilməsidir.
Hazırda xüsusi qorunma tədbirləri aparılmır. Növünyığılmasının qarşısının alınması, yeni yayılma aşkar edilməsi, toxumlarının toxum bankında saxlanılması, introduksiyası tələb olunur.