Hirkan gəvəni

Hirkan gəvəni (lat. Astragalus hyrcanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Hirkan gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Dağıstanın Dərbənd şəhəri ətrafında təsvir еdilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

50-90 sm hündürlükdə, çox budaqlı, yarpağını tökən yarımkoldur. Gövdəsinin aşağı hissəsi ağaclaşmış, üzəri çökək, ağ tüklüdür. Yarpağı 4-6 cüt, еnsiz, xətvari, yaxud uzunsov-еllipsvari, 5-15 mm еnində, yuxarısı nisbətən az, aşağısı sıx, ağ tüklüdür. Paxlasının uzunluğu 7 sm-ə, еni isə 1-2 mm-ə çatır, ucu bizvari əyilmiş, üzəri yumşaq, еllips formalı, hər iki ucdan nazikdir. Saplağı 1–2 mm uzunluqda, ağ tüklüdür. Yabanı şəraitdə iyul-avqustda çiçəkləyir. Mеyvəsi avqust-sеntyabrda yetişir.

Dağətəyi zonalarda, gilli, daşlı ərazilərdə bitir. İşığa, quraqlığı davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Xəzər dənizi sahilində, Lənkəran, Astarada dağətəyi zonalarda, qumluqlarda yayılmışdır.

Tərkibində qatran vardır. Yaşıllaşdırmaya tətbiq olunmur. Canlı çəpər kimi istifadəsi məqsədyönlüdür.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus hyrcanus var. pallasianus Bunge
  • Solenotus hyrcanus (Pall.) Steven
  • Tragacantha hyrcana (Pall.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus arenosus S.G.Gmel. ex Pall.