Hirkan quşsüdü (lat. Ornithogalum hyrcanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional IUCN Status-VU D2.
Hirkan quşsüdü | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Hirkan quşsüdü |
||||
Beynəlxalq elmi adı | ||||
|
Çoxillik ot bitkisidir. Soğanağı yumurtvari, 1 sm enində, 2 sm uzunluğundadır. Gövdənin hündürlüyü 12–20 (26) sm-dir. Yarpaqları 2–4 (6) ədəd, enli, xətvari 5–12 (15) mm enində, ucu sivri, gövdədən uzundur. Çiçəkləri 2–4 96) ədəd, sıx ovaldır. Çiçəkatlığı lansetvari və ya yumurtavari, uzunsov, arxa tərəfində açıq –yaşıl rəngdə enli zolağı var, kənarları parlaqdır. Çiçəkləri topa şəklində yerləşir. Erkəkcik sapı ensiz, çiçəkyanlığının ortasına çatır. Sütuncuq yumurtalıqdan qısadır. Qutucuq qanadsız, bərabər qabırğalıdır.
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may -iyun aylarına təsadüf edir. Kserofit, duzadavamlı soğanaqla çoxalır. Orta dağ qurşağında, meşələrdə müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Lənkəranın dağlıq hissəsində.
Populyasiyalarının sayı azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Hazırda populyasiyanın sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması və biçilməsi təhlükə yarada bilər.
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Məhdud areallı endemik Hirkan növüdür. 2 yerdə olması məlumdur: Lerik rayonunun Orand və Şinabad kəndləri arasında. Orta dağlıq qurşaqdakı meşələrdə tək-tək rast gəlir.
Toxumla və vegetativ yolla çoxallır.
Antropogen amillər.
Lerikdə tək-tək bağlarda becərilir.
Xüsusi mühafizə üsulları hazırlanmamışdır.