Hiromiçi Şinohara (yap. 篠原 弘道, Shinohara Hiromichi) - Yaponiya İmperator Ordusunun Hava Xidmətinin kiçik leytenant rütbəli pilotu.[1][2] O, Yaponiya tarixinin ən uğurlu müharibə pilotlardan biri hesab olunur. 1939-cu ilin 27 iyul tarixində Sovet Sosialist Respublikaları İttifaqı ilə Yaponiya imperiyası arasında baş vermiş Xalxin-Qol döyüşü zamanı təkcə 24 saat ərzində 11 düşmən təyyarəsini zərərsizləşdirmişdir. Bu göstərici Yaponiya üçün rekord hesab olunur.
Hiromiçi Şinohara | |
---|---|
yap. 篠原 弘道, Shinohara Hiromichi | |
| |
Şəxsi məlumatlar | |
Ləqəbi | Şərqin Rixthofen |
Doğum tarixi | |
Doğum yeri | Utsunomiya, Toçiqi, Yaponiya |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Mohorehi, Dornod, Monqolustan |
Vətəndaşlığı | Yaponiya |
Milliyyəti | Yapon |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya İOHX |
Qoşun növü | Yaponiya İOHX[d] |
Xidmət illəri | 1933–1939 |
Rütbəsi | kiçik leytenant |
Döyüşlər | Xalxin-Qol döyüşü |
Cəmi 3 ay davam etmiş qırıcı pilot karyerası müddətində 58 dəfə düşmənlə qatıldığı hava döyüşlərindən qalib ayrılmışdır. Hiromiçi Şinoharanın idarə etdiyi təyyarə 1939-cu ilin 27 avqust tarixində Xalxin-Qol döyüşü zamanı növbəti düşmənlə mübarizə də vurularaq indiki Monqolustan ərazisini Dornod vilayətində yerləşən Mohorehi gölünə düşmüş və pilot həlak olmuşdur.
Pilot kimi göstərdiyi xidmətlərə görə Birinci Dünya müharibəsinin görkəmli alman pilotu Manfred fon Rixthofenə bənzətmə olaraq Şərqin Rixthofen təxəllüsü ilə tanınmışdır.[3]