Hironao Seki

Hironao Seki (関博直, Seki Hironao?, 17 noyabr 1852, Toyama22 yanvar 1939) – "Hakuhodo" reklam agentliyinin qurucusu.[1]

Hironao Seki
yap. 瀬木博尚
Doğum tarixi 17 noyabr 1852(1852-11-17)
Doğum yeri
Vəfat tarixi 22 yanvar 1939(1939-01-22) (86 yaşında)
Uşaqları
  • Hiromasa Seki[d],
  • Hironobu Seki[d]
Fəaliyyəti iş adamı

Hironao Seki 1852-ci ildə Yaponiyanın Toyama prefekturasının ərazisində doğulmuşdur.[1] Seki yerli hökumət işçisi kimi işləmişdir.[1] ABŞ-də reklam agentliyi biznesi ilə məşğul olan bir dostunun tövsiyəsi ilə 1895-ci ildə öz reklam agentliyini qurmuşdur.[1] O, əvvəlcə təhsilə həsr olunmuş qəzetlərdə reklamlar yerləşdirməyə başlamışdır.[1] Daha sonra isə bütün növ nəşrlərdə reklamlar yerləşdirməyə keçmişdir.[1]

Sekinin yaratdığı "Hakuhodo" reklam agentliyi Yaponiyanın ikinci ən böyük reklam agentliyinə çevrilmişdir.[1] Seki Meyci dövrünə aid qəzet və jurnal kolleksiyasını Tokio Universitetinə bağışlamışdır.[1]

Hironaonun oğlu Hiromasa Seki 1931-ci ildə şirkətə qoşulmuş, 1945-ci ildə şirkətin vitse-prezidenti olmuşdur.[2] O, 2002-ci ildə ölmüşdür.[2]

  1. 1 2 3 4 5 6 7 8 Kodansha Encyclopedia of Japan
  2. 1 2 "Obituary: Hiromasa Seki". The Japan Times (ingiliscə). 27 sentyabr 2002. 2022-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2022.