Hirotuqu Akaike (yaponcaː 赤 池 弘 次, d. 5 noyabr, 1927, Fujinomiya, Şizuoka (prefekturası), v. 4 avqust, 2009, İbaraki, Yaponiya) — Yapon alimi və statistiki.
Hirotuqu Akaike | |
---|---|
赤 池 弘 次 | |
Doğum tarixi | |
Doğum yeri | Fujinomiya, Şizuoka prefekturası, Yaponiya |
Vəfat tarixi | 4 avqust, 2009 |
Vəfat yeri | İbaraki prefekturası, Yaponiya |
Vəfat səbəbi | ağciyər iltihabı |
Elm sahəsi | Statistika |
Təhsili | |
Üzvlüyü |
1970-ci illərin əvvəllərində yeni informasiya kriteriyalarını təklif etmişdir.
Hirotuqu Akaike 5 noyabr, 1927-ci il tarixində Yaponiyanın Şizuoko prefekturasının Fujinomiya şəhərində fermer ailəsində anadan olub.
1970-ci illərin əvvəllərində o, hazırda Akaike-nin informasiya meyarı adlandırılan yeni informasiya meyarını təklif edib. Bu meyar modellərin qiymətləndirilməsi üçün bir çox sahələrdə geniş tətbiq tapmışdır.
O, 1952-ci ildə Tokio Universitetinin riyaziyyat üzrə balakavriatını bitirib. 1961-ci ildə Tokio Universitetində fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır.
1952-1994-cü illərdə Yaponiya Statistik Riyaziyyat İnstitutunda işləyib. 1962-ci ildə birinci tədqiqat şöbəsinin ikinci tədqiqat bölməsinin müdiri olub. 1973-cü ildə 5-ci bölmənin müdiri olub. 1985-ci ildə Nəzarət və Sistem-analiz üzrə direktor olub. 1986-1994-cü illərdə İnstitutun direktoru olmuşdur. 1988-ci ildə Multidisiplinar elmlər məktəbində Statistika elmləri üzrə kafedra müdiri olub.
1970-ci ilin ortalarından 1980-ci ilin ortalarınadək TIMSAC proqram paketini genişləndirmişdir. 1971-ci ildə (“an information criterion”) adı ilə Akaikenin informasiya meyarını (AİC) yaradıb. Bu, bir neçə statistik modeldən birinin seçilməsinə əsaslanan meyardır. Eyni dövrdə, Akaike məlumat meyarına dəyişikliklər hazırlayıb.[1] 1994-cü ildə Statistik Riyaziyyat İnstitutunun fəxri professoru olub
Hirotuqu Akaike 4 avqust, 2009-cu ildə Yaponiyanın İbaraki prefekturasında pnevmaniya xəstələyindən dünyasını dəyişib. [2]
1972-ci ildə İşikava mükafatı ilə təltif olunub.
1980-ci ildə Okoçi Memorial Texnologiya mükafatı ilə təltif olunub.
1989-cu ildə Asahi mükafatı ilə təltif olunub.
1989-cu ildə Bənövşəyi lent medalı ilə təltif olunub.
1996-cı ildə Yapon statistik cəmiyyətinin mükafatı ilə təltif olunub.
2000-ci ildə Müqəddəs xəzinənin ikinci dərəcəli ordeni ilə təltif olunub.
2006-cı ildə Kyoto mükafatı ilə təltif olunub.[2]
1981-ci ildən Amerikan Statistika Assossasiyasının üzvü olub.
1983-cü ildən Kral Statistika cəmiyyətinin üzvü olub.
1985-ci ildən Elektrik və Elektronika Mühəndisləri İnstitutunun üzvü olub.
1988-ci ildən 1991-ci il 7 iyul tarixinə qədər Yaponiya elmi şurasının üzvü olub.
1989-cu ildən Riyazi Statistika İnstitutunun üzvü olub.[2]