Hissetmə (ing. Premonition) 2007-ci ildə rejissor Mennan Yapo tərəfindən çəkilmiş, ssenari müəllifinin də Bill Kelli olduğu qorxu, fövqəltəbii və dram janrlı filmdir.
Hissetmə | |
---|---|
ing. Premonition | |
Janr |
dram qorxu fövqəltəbii |
Əsas mövzu | Proskopiya |
Rejissor | Mennan Yapo |
Prodüserlər |
Aşok Amritrac Con Caşni Adam Şankmen Cennifer Qibqot Sunil Perkaş Nik Hemson |
Ssenari müəllifi | Bill Kelli |
Baş rollarda |
Sandra Ballok Culian Makmahon Kourtney Teylor Burness Şan Maklure Nia Lonq |
İstehsalçı |
Hyde Park Entertainment Offspring |
Distribütor | Fórum Hungary[d], Netflix |
İlk baxış tarixi | 16 mart 2007 |
Filmin növü | Bədii film |
Müddət | 96 dəqiqə |
Büdcə | 20 000 000$ |
Gəlir | 84.146.832 dollar[1] |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
Rəng | rəngli |
IMDb | ID0477071 |
Linda Henson və Cim Henson 2 qızları ilə birgə xoşbəxt həyat sürürlər. Bir gün Cimin iş ilə əlaqədər olaraq səyahətə çıxdığı gün onun qəzaya uğrayaraq öldüyünü öyrənir. Bundan çox bərk sarsılan Linda anasının dəstəyilə bununla barışır. Lakin səhər oyandığında Cimi səhər yeməyini yediyini görərək şoka düşür. Cim heç nə olmamış kimi ona nə olduğunu soruşur. O isə çaşmış bir halda hər şeyin yolunda olduğunu deyir. Bundan sonra hər oyandığında Cim ya sağdı yada ki, ölü. Qızının üzündəki ləkələr, içdiyi dərmanlar və tanımadığı halda tanıdığı kimi görünən insanlarla tamamən başını itirən Linda sonda hər şeyi kağıza qeyd edərək hansı gündə nə baş verdiyini aydınlaşdırmağa çalışır və hər şeyin başlandığı Ciminin öldüyü günə, hansıkı həmin xatırlamadığı günə gəlir. Yoldaşının ölümünə səbəb olan qəzanı gözlərilə görən Linda böyük zərbə alır. Artıq hər şey öz yerinə oturur. Film Lindanın yataqdan hamilə olduğunu görərək qalxması ilə başa çatır.
Film ABŞ-də 12 mart 2007-ci ildə nümayiş olundu. Lakin Norveçdə kinoteatrlarda nümayiş olunmayan film, onun əvəzinə 2 yanvar 2008-ci ildə DVD formatda satışa çıxarıldı.
Fimin çəkilişlərinin çox hissəsi Luiziananın Minden şəhərində qalan hissəsi isə həmin ştatın Şreveport şəhərinda baş tutub.
17 iyul 2007-ci ildə filmin DVD diski satışa çıxarıldı.
Nümayişə başladığı gündən marağa səbəb olan film 7 həftə ərzində Birləşmiş Ştatlarda 47.852.604 dollar, ümumilkdə dünya üzrə isə 84.146.832 dollar gəlir qazanıb.[2]
Hissetmə — Internet Movie Database saytında