"Hitlerin gündəlikləri" (alm. Hitler-Tagebücher) — Alman jurnalistikası tarixində ən məşhur saxtakarlıqlardan biri ilə bağlı hadisə.
"Hitlerin gündəlikləri" adlı hadisə "Ştern" jurnalının tarixindəki ən maraqlı hadisələrdən biridir.[1] XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi.[1] O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb.[1] Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi.[1] Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı.[1]
Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır.[1] Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır.[1]
Bu hadisədən sonra "Ştern"in redaksiyasında ciddi dəyişikliklər və ixtisarlar olur.[1]