Hoşimin məqbərəsi (vyet. Lăng Chủ tịch Hồ Chí Minh) — Şimali Vyetnamın ilk prezidenti Ho Şi Min məqbərəsi. Memarlıq abidəsi 2 sentyabr 1945-ci ildə Vyetnamın Hanoy şəhərinin Badin meydanında Ho Şi Min tərəfindən Vyetnamın müstəqilliyini elan etdiyi yerdə yerləşir.
Hoşimin məqbərəsi | |
---|---|
Ümumi məlumatlar | |
Növü | məqbərə[d], abidə, xatirə kompleksi[d] |
Ölkə | |
Koordinatlar | 21°02′12″ şm. e. 105°50′05″ ş. u. |
Vikianbarda əlaqəli mediafayllar |
Məqbərə Prezident Ho Şi Min məqbərəsi memarlıq ansamblının bir hissəsidir, onun ərazisində Ho Şi Minin dirəkli evi və muzey də var. Həmçinin, ansamblın ərazisində birsütunlu paqoda yerləşir.[1]
1967-ci ildə, Ho Şi Minin ölümündən iki il əvvəl Vyetnam Kommunist Partiyası öz liderindən gizli olaraq cəsədləri balzamlamağı öyrənmək üçün Moskvaya göndəriləcək üç həkim seçmişdir. Ho Şi Min 2 sentyabr 1969-cu ildə vəfat etmiş və külünü Vyetnam üzərinə səpərək yandırılmağı vəsiyyət etmişdir, lakin onun varisi Le Zuan fərqli qərar almışdır.[2] Əvvəlcə Ho Şi Minin mumiyalanmış cəsədi onu Vyetnam müharibəsi zamanı Amerikanın bombardmanlarından qorumaq üçün gizli bir yerdə saxlanılırdı və ABŞ 1973-cü ildə müharibədən çıxdıqdan sonra məqbərənin tikintisinə başlanılmışdır. Məqbərənin baş memarı Leninin xatirə layihəsinin müəlliflərindən biri və daha sonra Hanoyda Ho Şi Min Muzeyinin dizayneri kimi tanınan sovet memarı Harold İsakoviç olmuşdur.[3][4] 28 avqust 1975-ci ildə açılışı keçirilmişdir.[5][6]