Hobbi

Hobbi — insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyəti. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38%-nin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır.

Hər hansı bir əşya — məsələn, marka, müasir dünya ölkələrinin və ya dövriyyədən çıxmış pul əskinasları, rəsm əsərləri və s. — yığmaq (kolleksiyaçılıq) da hobbidir. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər[1]

Balıqqulaqlarının toplanması hobbisi

İdmanla məşğul olmaq, səyahətə çıxmaq, bağ-bağçaya qulluq etmək, heyvan bəsləmək də hobbi sayılır. Eyni hobbisi olanlar bəzən müəyyən dərnək və ya klublarda bir araya gəlirlər. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər[2]

16-cı əsrdə "hobbi" termini "kiçik at və pony" mənasını daşıyırdı. "Hobbi atı" termini 1557-ci ildə İngiltərənin Redinq şəhərindən olan "Hobbi atı" üçün ödənişin təsdiqi zamanı sənədləşdirilmişdir.[3] Orijinal "Turney Horse" adlanan bu əşya, süni quyruğu və başı olan taxta və yaxud səbət çərçivəsindən hazırlanmışdı. Bu əşya uşaqların əsl at sürməyi təqlid etməsi üçün nəzərdə tutulmuşdur. Beləliklə, 1816-cı ildə hobbi sözü ingilislərin lüğətinə daxil edilmişdir.[4] Sonrakı əsrlər ərzində bu termin istirahət və asudə vaxtla əlaqələndirilməyə başladı. 17-ci əsrdə hobbi termininin uşaq məşğuliyyəti olduğu bildirilərək alçaldıcı mənada istifadə edildi, lakin daha sonra 18-ci əsrdə asudə vaxtın olduğu hobbilər daha böyük hörmət qazandı.[5] Hobbi həm də vaxt keçirmək üçün müxtəlif məşğuliyyətlərdən istifadə etməklə yaranan əyləncə adlanır. Bununla da, hobbi müntəzəm olaraq həyata keçirilən fəaliyyətə çevrildi.[6] Hobbilər adətən, maraq və həzz almaq üçün tətbiq olunur. Lakin, bəzi hallarda maddi məqsəd güdür. Bu xüsusi maraq əsasən də autizmli şəxslər üçün diqqət mərkəzindədir.[7]

19-cu əsrin ortalarına qədər hobbilər ümumiyyətlə uşaqcasına və ya əhəmiyyətsiz, mənfi mənaları olan bir ifadə hesab olunurdu.[8] Bununla belə, hələ 1676-cı ildə ser Metyu Heyl Əxlaq və İlahi düşüncələr kitabında yazırdı: "Demək olar ki, hər bir insanın qürur duyduğu hobbi atı və ya başqa bir atı var."[9] O, etiraf edirdi ki, "hobbi at" qanuni qürur hissi yaradır. Hobbilərin insanlar tərəfindən qəbul edilməsi mədəni keçidin 18-ci əsrin ortalarına təsadüf etdiyi düşünülürdü, çünki işləyən insanlar daha çox nizamlı iş saatlarına və asudə vaxta malik olur, onlar belə maraqların arxasınca getməyə daha çox vaxt sərf edirdilər.[10] 1941-ci ildə Corc Oruell hobbiləri o dövrdə Avropa mədəniyyətinin mərkəzi olduğunu qeyd edirdi. Hobbilər siyahısına nələrin daxil ediləcəyinə qərar vermək mübahisələrə səbəb olur, çünki hansı xoş vaxtların da hobbi kimi təsvir oluna biləcəyinə qərar vermək çətindir. 20-ci əsrdə hobbi termini möhür toplama, tikiş, toxuculuq, rəsm, ağac emalı və fotoqrafiya kimi fəaliyyətləri nəzərdə tuturdu. Tipik olaraq təsvirə musiqi dinləmək, televizora baxmaq və ya oxumaq kimi fəaliyyətlər daxil deyildi. Bu fəaliyyətlər zövq gətirir, lakin adətən hobbi zamanı əldə olunan nailiyyət hissi yoxdur. Onlar, adətən, əksər hobbilər kimi strukturlaşdırılmış, mütəşəkkil məşğuliyyətlər deyil.[6] Hobbi ilə bağlı mədəni meyllər zamanla dəyişir. 21-ci əsrdə videooyun sənayesi milyonlarla uşaq və böyükləri əhatə edən bir hobbi kimi məşhur olmuşdur. Poçt sisteminin əhəmiyyəti ilə birlikdə marka kolleksiyası da azaldı. Taxta emalı və toxuculuq hobbi kimi azaldı, çünki istehsal olunan mallar əl istehsalı mallar üçün ucuz alternativlər təqdim edir.

  1. Grove, Rachel; Hoekstra, Rosa A.; Wierda, Marlies; Begeer, Sander (May 2018). "Special interests and subjective wellbeing in autistic adults". Autism Research. 11 (5): 766–775. doi:10.1002/aur.1931. ISSN 1939-3806. PMID 29427546. S2CID 205456773. (#empty_citation)
  2. Daily, Larry Z. (3 July 2018). "Towards a definition of "hobby": An empirical test of a proposed operational definition of the word hobby". Journal of Occupational Science. 25 (3): 368–382. doi:10.1080/14427591.2018.1463286. ISSN 1442-7591. S2CID 169312007. (#empty_citation)
  3. The Phrase Finder. "Hobby Horse". Gary Martin. 1996–2012. Archived from the original on 16 May 2023.
  4. Douglas Harper. "hobby". Online Etymology Dictionary. Douglas Harper. 2001–2012. Archived from the original on 1 July 2017. İstifadə tarixi: 15 May 2023.
  5. Gelber S M. Hobbies: leisure and the Culture of Work in America Columbia University Press, 1999, p. 11.
  6. 1 2 Gelber S M. Hobbies: leisure and the Culture of Work in America Columbia University Press, 1999, p. 12.
  7. Staniforth, Sarah. "'It's upsetting': the autistic music fans being shut out of gigs". The Guardian (ingilis). 2019-07-10. Archived from the original on 2023-05-16. İstifadə tarixi: 2023-05-15.
  8. Daily, Larry Z. "Towards a definition of "hobby": An empirical test of a proposed operational definition of the word hobby". Journal of Occupational Science (ingilis). 25 (3). 2018-07-03: 368–382. Archived from the original on 2023-05-15. İstifadə tarixi: 2023-05-15.
  9. Sir Matthew Hale. Contemplations moral and divine. Printed by William Godbid, for William Shrowbury at the Bible in Duke-Lane, and John Leigh at the Blew Bell Fleet Street near Chancery-lane. 1676. 201. 16 may 2023 tarixində arxivləşdirilib.
  10. Gelber S M. Hobbies: leisure and the Culture of Work in America Columbia University Press, 1999, p. 3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]