Hobbit

Hobbit və ya Oraya və Geriyə (ing. The Hobbit, or There and Back Again) - ingilis yazıçısı Con Tolkin tərəfindən fentezi janrında yazılmış povestdir və 1937-ci ildə nəşr olunmuşdur. Faktiki olaraq, “Üzüklərin hökmdarı” romanı bu kitabın ardıdır.

Hobbit və ya oraya və geriyə
ing. The Hobbit, or There and Back Again
Kitabın Azərbaycan dilində nəşrinin üz qabığı
Kitabın Azərbaycan dilində nəşrinin üz qabığı
Müəllif Con Tolkin
Janrlar Fentezi
Macəra
Mövzu Tolkin legendariumu[ing.]
Orijinalın dili ingilis dili
Ölkə

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Orijinalın nəşr ili 21 sentyabr 1937
Tərcüməçi Rəfiqə Məmmədova
Nəşriyyat George Allen & Unwin (Böyük Britaniya)
Qanun Nəşriyyatı (Azərbaycan)
Səhifə 320
Sonrakı Üzüklərin hökmdarı
ISBN 978-9952-36-461-3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir çox digər məşhur nağıl əsərləri kimi, "Hobbiti" də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi. Lakin, hekayə yarımçıq qaldı və Tolkin sadəcə əlyazmasının bir nüsxəsini çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkinin tələbələrindən biri bir gün "Allen & Unwin" nəşriyyat evinin redaktoru Süzanna Daqnellə söhbət edərkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın. Lakin, nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi. Odur ki, kitabı oxuması üçün on yaşlı oğluna verir, kitabı oxuyub qurtardıqdan sonra isə onda fikirlərini öyrənir. O isə, yaşıdlarının kitabı mütləq bəyənəcəyini deyir.

Hobbit əsəri onlarla dilə tərcümə olunub. İlk tərcümə olunduğu dillər isə ispan və isveç dili idi.

Kitabı alman dilinə də tərcümə etmək planlaşdırılırdı, lakin Reyxin qoyduğu senzuraya əsasən, Tolkin təsdiq etməli idi ki, o yəhudi deyil. Baxmayaraq ki, onun yəhudilərlə heç bir qohumluğu yox idi, lakin belə hərəkətdən inciyən Tolkin qeyd edir ki, "təəssüf ki, onun belə bir istedadlı xalqla heç bir qohumluğu yoxdur". Bundan sonra, təbii ki, kitabın nəşri qeyri-mümkün idi. Almaniyada ilk dəfə 1957-ci ildə "Hobbit" satışa çıxarılır.

Rus dilinə ilk tərcüməni Natalya Rəhmanova edir, və kitab 1976-cı ildə "Uşaq ədəbiyyatı" nəşriyyatı tərəfindən çap edilir. SSRİ dövründə bir sıra dillərə də tərcümələr olunur, lakin, bu orijinaldan yox, bilavasitə rus dillindən, əsasən erməni, moldova və digər dillərə edilir. Ukrayna dilinə tərcümə isə orijinaldan ukraynalı şair və tərcüməçi Aleksandr Mokrovolski tərəfindən həyata keçirilir.

Əsəri ilk dəfə türk dilinə Esra Uzun tərəfindən 1996-cı ildə tərcümə olunmuşdur. 2007-ci ildə "İthaki Yayınları" üçün Gamze Sarı tərəfindən tərəfindən tərcümə olunur.