Hollivud nişanı

"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur.

Hollivud yazısı
Hollywood Sign
"Hollivud" yazısının havadan görünüşü
(25 iyul 2009-cu il).
Xəritə
34°08′03″ şm. e. 118°19′18″ q. u.HGYO
Ölkə  ABŞ
Yerləşir Hollivud, Los-Anceles, Kaliforniya
Memar Tomas Fisk Qoff
Sifarişçi Vudruf və Şults
(Hollivudlend)
Əsas tarixlər 1949 - təmir edilib
1978 - əsaslı bərpa işləri aparılıb
Tikilmə tarixi 1923
Hündürlüyü 13 m
Uzunluğu 350 ft (106.7 m)
Material taxta və metal lövhə
(1923-1978)
polad (1978-bu günə kimi)
Rəsmi sayt hollywoodsign.org
Los Anceles Tarixi-Mədəni Abidəsi
İstinad nöm.111
Hollivud yazısı (Los-Anceles)
Hollivud yazısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur.[1] Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND".[1] Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi.[1] Belə ki, o yeni yaşayış rayonunun reklamı idi.[1] Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı.[1]

Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.[1] "Hollywoodland" sözü gecələr elektrik lampaları ilə işıqlandırılır, gündüzlər isə hərfləri 40 km məsafədən görmək olurdu.[1]

"Hollywoodland" reklamı il yarım davam etməli idi.[1] Lakin bu müddət bitdikdən sonra yazını oradan götürən olmadı.[1]

1949-cu ildə yazıdakı son 4 hərf (LAND) götürüldü və o indiki "HOLLYWOOD" şəklini aldı.[1] Bu dövrdə artıq "Hollywood" Los-Ancelesin və bütün əyləncə biznesinin simvoluna çevrilmişdi.[1]

Yazının ən bərbad dövrü, 1970-ci illər

1973-cü ildə "Hollywood" yazısı milli tarixi abidə elan olunmuşdur.[1]

"Hollivud" yazısının peykdən görünüşü

1970-ci illərin sonlarında yazı bərbad günə düşdü və bəzi hərflər sıradan çıxdılar.[1]

Həmin il, "Playboy" jurnalının yaradıcısı Hyu Hefnerin başçılıq etdiyi xeyriyyə fondu yazının əsaslı təmiri üçün vəsait topladı.[1] Nəticədə 1978-ci ilin noyabrında hazırkı variant peyda olmuşdur. Yazıdakı hərflərin hündürlüyü 15 metr, eni isə 12 metrdir.[1] Hər hərfin hazırlanmasına 27,5 min dollar sərf olunmuşdur.[1]

Qeyd edək ki, 1978-ci ildə "Hollivud" yazısının bərpası üçün təşkil olunan ictimai kampaniya zamanı aşağıdakı doqquz donorun hər biri 27,777.77 $ (ümumilikdə 250,000 $ təşkil edib) vermişdir:

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Hollywood Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine. sputnik.az, 13.07.2015  (az.)
  2. Braudy, Leo. The Hollywood Sign: Fantasy and Reality of an American Icon (Icons of America). Yale University Press. 2012. ISBN 0-300-18145-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]