Hyu Hefner (ing. Hugh Hefner; 9 aprel 1926, Çikaqo — 27 sentyabr 2017, Los-Anceles) — amerikalı naşir, "Playboy" jurnalının yaradıcısı və keçmiş şef-redaktoru.
Hyu Hefner | |
---|---|
ing. Hugh Hefner | |
| |
Doğum tarixi | |
Doğum yeri | Çikaqo, ABŞ |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Los-Anceles, ABŞ |
Vəfat səbəbi | sepsis |
Dəfn yeri |
|
Vətəndaşlığı | ABŞ |
Uşaqları | 4 |
Təhsili | Urbana-Şampeyn İllinoys Universiteti |
Fəaliyyəti | redaktor[d], jurnalist, yazıçı, naşir, gecə klubu sahibi, sahibkar, aktyor, film prodüseri, aktivist, sosial fiqur[d], siyasi fəal[d], xeyriyyəçi, kino aktyoru, icraçı prodüser[d], televiziya aktyoru, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1953-cü ildən |
Partiyası | |
playboyenterprises.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Hyu Hefner 1926-cı il aprelin 9-da Çikaqo şəhərində anadan olub.[1] Atası alman və ingilis, anası isə isveç əsillidir.[2][3] Hərbi xidmətdən sonra o, Urbana-Şampeyn İllinoys Universitetinin[4] psixologiya fakültəsinə daxil olub.
Daha sonra "Esquire" jurnalının reklam şöbəsində işləməyə başlayıb. Pornoqrafiya jurnalı təsis etmək ideyası da məhz bu zaman yaranıb.
Hefner ilk dəfə "Playboy" jurnalını öz mətbəxində hazırlayıb.[5] 1953-cü ildən etibarən nəşr olunmağa başlayan jurnalın birinci nəşrində Merilin Monronun çılpaq şəkilləri əks edilmiş və jurnal Hefnerin şəxsi pulu hesabına 50 000 tirajla buraxılmışdı.[6]
Az sonra o dünyanın ən çox satılan kişi jurnalına çevrilib. Statistikaya görə, jurnalın ay ərzində 7 milyon nüsxəsi satılır.
Hyu Hefner 27 sentyabr 2017-ci ildə 91 yaşında vəfat edib.[7][8][9]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |