"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur.
Hollivud yazısı | |
---|---|
Hollywood Sign | |
34°08′03″ şm. e. 118°19′18″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Yerləşir | Hollivud, Los-Anceles, Kaliforniya |
Memar | Tomas Fisk Qoff |
Sifarişçi |
Vudruf və Şults (Hollivudlend) |
Əsas tarixlər |
1949 - təmir edilib 1978 - əsaslı bərpa işləri aparılıb |
Tikilmə tarixi | 1923 |
Hündürlüyü | 13 m |
Uzunluğu | 350 ft (106.7 m) |
Material |
taxta və metal lövhə (1923-1978) polad (1978-bu günə kimi) |
Rəsmi sayt | hollywoodsign.org |
Los Anceles Tarixi-Mədəni Abidəsi | |
İstinad nöm. | 111 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur.[1] Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND".[1] Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi.[1] Belə ki, o yeni yaşayış rayonunun reklamı idi.[1] Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı.[1]
Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.[1] "Hollywoodland" sözü gecələr elektrik lampaları ilə işıqlandırılır, gündüzlər isə hərfləri 40 km məsafədən görmək olurdu.[1]
"Hollywoodland" reklamı il yarım davam etməli idi.[1] Lakin bu müddət bitdikdən sonra yazını oradan götürən olmadı.[1]
1949-cu ildə yazıdakı son 4 hərf (LAND) götürüldü və o indiki "HOLLYWOOD" şəklini aldı.[1] Bu dövrdə artıq "Hollywood" Los-Ancelesin və bütün əyləncə biznesinin simvoluna çevrilmişdi.[1]
1973-cü ildə "Hollywood" yazısı milli tarixi abidə elan olunmuşdur.[1]
1970-ci illərin sonlarında yazı bərbad günə düşdü və bəzi hərflər sıradan çıxdılar.[1]
Həmin il, "Playboy" jurnalının yaradıcısı Hyu Hefnerin başçılıq etdiyi xeyriyyə fondu yazının əsaslı təmiri üçün vəsait topladı.[1] Nəticədə 1978-ci ilin noyabrında hazırkı variant peyda olmuşdur. Yazıdakı hərflərin hündürlüyü 15 metr, eni isə 12 metrdir.[1] Hər hərfin hazırlanmasına 27,5 min dollar sərf olunmuşdur.[1]
Qeyd edək ki, 1978-ci ildə "Hollivud" yazısının bərpası üçün təşkil olunan ictimai kampaniya zamanı aşağıdakı doqquz donorun hər biri 27,777.77 $ (ümumilikdə 250,000 $ təşkil edib) vermişdir: