Honduras lempirası

Honduras lempirası — 100 sentavoya bərabər olan Hondurasın pul vahididir. 1926-cı ildə mübadilədə daha əvvəl gümüş peso kimi istifadə edilən pul vahidini əvəz etmişdir.[1] 1946-cı ildə Beynəlxalq Valyuta Fondundan məlumata görə, lempiradakı qızılın çəkisi 0,444335 qrama bərabərdir.

Honduras lempirası
Lempira
1989-cu ildə 5 sentavo
Kod və simvol
ISO 4217 kodu HNL (340)
Simvol L
Abreviatura L
Dövriyyə ərazisi
Emitent ölkə  Honduras
Əvəzedici və paralel vahidlər
Kiçik sentavo (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1, 2, 5, 10, 20, 50 sentavo və 1 lempira
Əsginas 1, 2, 5, 10, 20, 50, 100, 500 lempira
Tarixi
Dövriyyəyə buraxılma 1931
Əvvəlki valyuta Honduras pesosu
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Honduras Mərkəzi Bankı
  bch.hn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adının mənşəyi

[redaktə | mənbəni redaktə et]

Pul vahidi öz adını hindilərin rəhbəri olan Lempiranın (1497–1537) adından götürmüşdür. Lempira 1536-cı ildə hindilər üçün müvəffəqiyyətsizliklə başa çatan ispan müstəmləkəçilərinə qarşı müharibəni açıq elan etdi. Lempira sui-qəsd nəticəsində öldürüldü və onun dəstəsi darmadağın edildi.

Bir lempiraya bərabər sikkələr 1931–1937-ci illər aralığında 900 əyarlı gümüşdən kəsilirdi. 1974-cü ildən sikkələr, 1 və 5 nominallı lempiralar mislə örtülmüş bürüncdən, latun ilə örtülmüş poladdan kəsilirdi.

Mübadiləsi və saxlanması

[redaktə | mənbəni redaktə et]

Mübadilədə 1, 2, 5, 10, 20, 50 sentavoluq sikkələrdən və 1, 2, 5, 10, 20, 50, 100 və 500 lempiralıq əsginaslardan istifadə olunur.

20 lempiralıq əsginaslar 2008-ci ildə polimerdən istehsal edilmişdir.

Təsvir Nominal Rəng Ölçü Təsvirdəki şəxs
1 qızrmızı 156 × 67 mm Lempira
2 Bənövşəyi Мarko Aurelio Soto
5 Yaşıl Fransisko Morasan
10 Qəhvəyi Xose Trinidad Kobanyas
20 Yaşıl Dionisio Errera
50 Sarı-yaşıl Хuan Manuel Halves
100 Narıncı Xose Sesilyo de Valle
500 Bənövşəyi Ramon Roza

Valyuta məzənnəsi rejimi

[redaktə | mənbəni redaktə et]
Hazırkı HNL mübadilə məzənnəsi
Google Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
Yahoo! Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
XE.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
OANDA.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
fxtop.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
Currency.wiki əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
  1. "Arxivlənmiş surət". 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]