Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi][1]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur[2].
Horn | |
---|---|
Yerləşməsi | |
55°58′48″ c. e. 67°17′21″ q. u.HGYO | |
Akvatoriya | Dreyk boğazı |
Ölkə | Çili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur.
Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Horn burnu yaxınlığında üzməyin çətinliyini o sübut edir ki, baxmayaraq ki Antaraktida materiki burundan 650 km cənubda yerləşir, ancaq 1820-ci ildə Birinci Rus Antarktika ekspedisiyası zamanı Mixail Lazaryev və Faddey Bellinshauzen tərəfindən kəşf edilmiş.
Horn burnunda qərbdən şərqə doğru əsən küləklər mülayim qurşağın qərb küləklərinin bir hissəsi hesab edilir. Məhz bu küləklər qərb küləkləri cərəyanını yaradır. Dənizçilər bu ərazini qəzəbli əllilər adlandırırlar.
Horun yaxınlığında olan cərayan Qərb küləkləri cərəyanının hissəsi hesab olunur. Cərəyan qərbdən şərqə doğru saatda 1–4 km-lə hərəkət edir. Aysbeqlərin hərəkət istiqamətidə cərəyanın istiqaməti ilə eynidir.[3].[4].