Dieqo-Ramires adaları

Dieqo-Ramires adaları (isp. Islas Diego Ramírez) — Adaların ümumi sahəsi 1 km²-dən çoxdur. Horn burnundan cənub qərbdə yerləşir. Şimalda cənuba adalar 8 km məsafədə yerləşir.

Dieqo-Ramires adaları
isp. Islas Diego Ramírez
Ümumi məlumatlar
Ümumi sahəsi
  • 1,2 km²
Hündür nöqtəsi 179 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
56°30′00″ c. e. 68°43′00″ q. u.HGYO
Ölkə  Çili
Akvatoriya
Dieqo-Ramires adaları xəritədə
Dieqo-Ramires adaları
Dieqo-Ramires adaları
Dieqo-Ramires adaları (Sakit okean)
Dieqo-Ramires adaları
Dieqo-Ramires adaları, Sakit okean
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dieqo-Ramires adaları.

Arxipelaqın ən böyük adası Bortolomedir. Böyüklüyünə görə ikinci böyük adası Qonsalo adasıdır. Bölgədən keçən gəmilərin çoxu adaların yaxınlığındsn keçir.

Adaların iqlimi rütübətli və yağışlıdır. Orta aylıq temperaturu +3,2°S (iyul-avqust) +7,5 °S (yanvar-fevral), orta +5,2 °S. Yayda 94 mm (oktyabr) - 137 mm (mart), ümumən isə 1368 mm olur. Yayda əsasən yağıntılar yağış, qışda isə qar halında düşür.

Adalar 12 fevral 1619 ci ildə Nodal qardaşları tərəfindən kəşf edilmişdir. Adalar Dieqo Ramires Arelyanonun şərəfinə adlandırılmışdır. 156 il ərzində adalar Cənubi Sandviç adaları ilə birlikdə Dünyanın ən cənub əraziləri hesab edilmişdir.

Ən iri adaları olan Bartolome və Qonsalo adaları onları kəşf edən Nodal qardaşlarının şərəfinə adlandırılmışdır. Adaları Nodal boğazı ayırır.

Amerikanın cənub nöqtəsi

[redaktə | mənbəni redaktə et]

Bəzən Amerikanın cənub torpağı hesab edilir. Bu nöqtə Aqila adası hesab edilir. Bununla belə bəzən Cənubi Sandviç adaları Cənubi Amerikanın bir hissəsi hesab edilsədə geoloji, coğrafi və iqlim baxımından Antarktidaya aid edilir. Cənubi Amerikanın cənub nöqtəsi bu zaman Tule adası hesab edilir.