Bellinshauzen Faddey Faddeviç (alm. Fabian Gottlieb Benjamin von Bellingshausen; 9 (20) sentyabr 1778, Saaremaa, Ösel qəzası[d], Liflyand quberniyası, Rusiya imperiyası[2][3] – 13 (25) yanvar 1852[1][2], Kronştadt[d], Sankt-Peterburq quberniyası[d][4][2]) — alman mənşəli rus tədqiqatçısı, admiral.
Faddey Bellinshauzen | |
---|---|
alm. Fabian Gottlieb Thaddeus von Bellingshausen | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], xəritəşünas, hərbi qulluqçu, dənizçi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bellinshauzen 1779-cu ildə Baltik dənizində Ezel adasında (Estoniya) anadan olmuşdur. О, özü haqqında belə deyir:
Mən dənizin ortasında anadan olmuşam; balıq susuz yaşaya bilmədiyi kimi, mən də dənizsiz yaşaya bilmərəm. |
Bu sözlər onun gənclik dövründə dənizçi olmaq arzsunu ifadə edən sözlərdir. Dəniz kopusunun 18 yaşında bitirməklə miçman rübtəsi alan F. Bellinshauzen 1803–1806-cı illərdə I. F. Kruzenşternin rəhbərliyi altında "Nadejda" gəmisində dünya səyahətində iştirak etmişdir. Ekspedisiya müddətində о, xəritələrin tərtibatı və astronomik müşahidələrlə məşğul olmuşdur.