Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom.[2] Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır.
Horner sindromu | |
---|---|
| |
XBT-10 | G |
XBT-10-KM | G90.2 |
XBT-9 | |
XBT-9-KM | 337.09[1] |
OMIM | 143000 |
DiseasesDB | 6014 |
MedlinePlus | 000708 |
eMedicine | med/1029 |
MeSH | D006732 |
Vikianbarda əlaqəli mediafayllar |
Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır:
Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji proseslərdən (Pankost — ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər.
Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir.