Simpatik sinir sistemi (yun. συμπαθής hissiyyat, həssas) — vegetativ sinir sisteminin bir hissəsi. Simpatik sinir sistemini vegetativ sinir sisteminin döş-bel hissəsi (onurğa beyninin yan sütunu — lat. nucleus intermediolateralis deyilən mərkəzi) və bu hissədən çıxan afferent (qanqliondan qabaqkı) liflər, parasimpatik sinir sisteminin isə orta beyin, soğanaq və oma hissələri (vegetativ mərkəzlər) və onlardan xaric olan efferent (qanqliondan qabaqkı) liflər təşkil edir. Simpatik sinir sistemi fizioloji cəhətcə adrenalinotrop xassəyə malikdir, yəni simpatik sinir sistemində olan reseptorlar seçici olaraq adrenalinəoxşar kimyəvi maddələrlə qıcıqlanır. Simpatik sinir sisteminin əsas vəzifəsi trofik (qidalandırıcı) vəzifədir; bu sistem orqanizmdə maddələr mübadiləsini (oksidləşmə prosesini, qida maddələrinin sərf olunmasını), tənəffüs prosesini, ürəkdöyünməni, əzələlərə oksigen daşınmasını sürətləndirir, hərarəti tənzim edir və s.
Simpatik sinir sistemi | ||
---|---|---|
Simpatik sinir sistemi | ||
Latınca | Pars sympathica divisionis autonomici systematis nervosi | |
MeSH | Sympathetic+Nervous+System | |
Simpatik sinir sistemi aşağıdakı törəmələrdən təşkil olunmuşdur:
Bu törəmələrdən birincisi simpatik sinir sisteminin mərkəzi şöbəsini təşkil edir.
Onurğayanı qanqlionlar onurğanın yuxarıda yan və aşağıda ön səthlərində yerləşərək qanqlionlaraarası şaxələr — lat. rami interganglionares vasitəsilə bir-birilə birləşir və hər tərəfdə bir ədəd simpatik kötük — lat. truncus sympathicus dexter et sinister adlanan qanqlion silsiləsi təşkil edir.
Simpatik kötük — lat. Truncus sympathicus kəllə əsasından başlayaraq büzdümə qədər davam edir və onurğanın şöbələrinə müvafiq olaraq aşağıdakı hissələrə bölünür: boyun hissəsi — lat. pars cervicalis, döş hissəsi — lat. pars thoracica, bel hissə — lat. pars lumbalis və çanaq hissə — lat. pars pelvina (pars sacralis - BNA)
Həs simpatik kötükdə olan qanqlionların (lat. ganglia trunci sympathici) miqdarı 22–23-ə çatır; bunların üçü boyun qanqlionları — lat. ganglia cervicalis, 10–12 döş qanqlionları — lat. gangkia thoracica, 3–5 bel qanqlionları — lat. ganglia lumbalia, 3–5 oma qanqlionları — lat. ganglia sacralia. Bunlardan başqa bir də tək qanqlion — lat. ganglion impar (ganglion ciccygeum - BNA) vardır; bu qanqlionlar büzdümün ön səthində yerləşərək sağ və sol simpatik kötüklərin aşağı uclarını bir-birinə birləşdirir və oma qanqlionları ilə birlikdə çanaq qanqlionları — lat. ganglia pelvina adlanır.