Hovard Hyuz

Hovard Hyuz (24 dekabr 1905[1][2][…], Hyuston, Texas, ABŞ5 aprel 1976[3][1][…], Hyuston, Texas, ABŞ[4]) amerikalı iş adamı, aviator, kinorejisor, kino prodüseri və 1960-ci illərdə dünyanın ən varlı insanlarından biri idi.

Hovard Hyuz
ing. Howard Hughes
Doğum tarixi 24 dekabr 1905(1905-12-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 aprel 1976(1976-04-05)[3][1][…] (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması, böyrək çatışmazlığı[d]
Partnyorları
Atası Hovard Robard Hyuz
Təhsili
Fəaliyyəti film prodüseri, kinorejissor, pilot, sahibkar, ixtiraçı, prodüser
Fəaliyyət illəri 1926-cı ildən
İmza
hhmi.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hovard Robard Hyuz (böyük) oğlu olan Hyuz on doqquz yaşında neft qazma maşınları istehsal edən bir fabrikin rəhbəri olmuşdur. Bir neçə il ərzində əhəmiyyətli qazanclar əldə edərək 1930-cu ildə kinoya, 1931-ci ildə isə içki sənayesinə daxil olmuşdur. Daha sonra aviasiyaya üz tutmuşdur. 1938-ci ildə o, öz ideyasına müvafiq olaraq hazırlanmış olan təyyarə ilə dünyanı rekord qıracaq müddətdə (3 gün, 19 saat) dövr etmişdir. TWA Aviasiya Şirkətinin səhmlərinin dörddə üçünü almaqla bu sahədə söz sahibi olmuşdur.

H-4 Hercules

İkinci Dünya Müharibəsi illərində toplarhərbi təyyarələr hazırlamışdır. O, öz zamanında dünyanın ən böyük təyyarəsi olan Hughes H-4 Herculesi düzəltmiş və bir dəfə də olsa uçurmuşdur. Təyyarə İkinci Dünya Müharibəsində alüminiuma qoyulan məhdudiyyətlərə görə, əsasən ağacdan istifadə edilərək hazırlanmışdır. Təyyarənin qanadlarının uzunluğu 97,54 metrdir və 8 mühərrikli konstruksiyası onun möhtəşəmliyinin empirik göstəricisidir.

Xeyli sərvət xərclədiyi “Cəhənnəm mələkləri” filminin çəkilişləri uzun illər davam etmiş və filmin çəkilişləri başa çatdıqdan sonra böyük rəğbət qazanmışdır. 1948-ci ildə yenidən kinoya qayıtmışdır. 1953-cü ildə tibb sahəsində elmi-tədqiqatlar aparan institut təsis etmişdir. Ətraf aləm ilə bütün münasibətlərini kəsərək qapalı həyat sürməsi və ölənə qədər heç kimə görünməməsi onun maraqlı cəhətlərdən bəziləridir.

Obsesif kompulsif pozğunluğu olan Howard Hughes, ətrafındakılarla sosial münasibətlərdə həmişə problemlər yaşayırdı.

1950-ci ildə Hovard Robard Hyuz (kiçik) dünyanın ən zəngin insanı olmuşdur. Onun sərvətinin bugünkü pulla 12,8 milyard dollar olduğu məlum olmuşdur.

  1. 1 2 3 4 Howard Hughes // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Lundy D. R. Howard Robard Hughes, Jr. // The Peerage (ing.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 http://archive.org/stream/1897report07harvuoft/1897report07harvuoft_djvu.txt.