Hughes H-4 Hercules, Hughes Aircraft şirkəti tərəfindən istehsal edilən ağır nəqliyyat təyyarəsinin prototipi olmuşdur. Təyyarə bircs dəfə, 2 noyabr 1947-ci ildə uçurulmuşdur. Müharibə dövründə alüminiumdan istifadəyə qoyulmuş məhdudiyyətlərə görə təyyarə ağacdan hazırlanmışdır. Taxta və laminatdan hazırlandığına görə tənqidçiləri tərəfindən “Spruce Goose” (ingiliscə spruce “küknar”, və goose “qaz” deməkdir) ləqəbini almışdır. Bu tikinti texnikasından British De Havilland şirkətinin Mosquito təyyarəsində də istifadə edilmişdir və təyyarənin birləşmə nöqtələrində küknardan istifadə edildiyi məlumdur. Hercules indiyə qədər hazırlanmış ən böyük dəniz təyyarəsi olmaqla bərabər, həm də tarixdə hazırlanmış olan ən geniş qanadlı və ən hündür təyyarə tituluna da malikdir. O, ABŞ-nin Oreqon ştatının Makminvil şəhərindəki Evergreen Aviasiya Muzeyində yaxşı vəziyyətdə saxlanılır. Təyyarə ona verilmiş olan ləqəbinə baxmayaraq, demək olar ki, tamamilə ağcaqayın ağacından hazırlanmışdır. Laminatlı ağac strukturunda kontrplak və qatran "Duramuld" prosesi, kompozit forma texnologiyasından istifadə edilmişdir ki, buna da “tur de force texnologiyası” deyilir.[2] İkinci Dünya Müharibəsi dövründə istifadə edilməsi üçün hazırlanan təyyarə vaxtında tamamlanmadı və tək bir prototipinin istehsalı istisna olmaqla, heç vaxt kütləvi istehsal üçün təklif edilməmişdir.
Hughes H-4 Hercules | |
---|---|
Hughes H-4 Hercules | |
Tipi | hidrotəyyarə, Uçan gəmi |
Hazırlayan | Hovard Hyuz |
İstehsalçı | Hughes Aircraft |
İlk uçuş | 2 noyabr 1947[1] |
Buraxılış sayı | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
Aviator filminin də əsas mövzusudur.