Huşəng Cəfəri (هوشنگ جعفری) — müasir azərbaycanlı şair və rəssam.
HUŞƏNG CƏFƏRİ | |
---|---|
هوشنگ جعفری | |
Doğum tarixi | |
Doğum yeri | Zəncan |
Fəaliyyəti | şair |
Huşəng Cəfəri 1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Rəssamlığı Üstad Rəhim Nəvəsindən öyrənib. Zəncan valiliyinin baş müavinlərindən biri olub. Amma "Hacılar" və "Bəla vurun belə fərmandara" şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılıb. Üç ildən sonra makinaçı kimi xidmətə çağırılıb.
Üç qızı və bir oğlu var. Oğlu qrimçi, qızlarından biri şairə, biri rəssam, üçüncüsü isə miniatürçüdür.
Huşəng Cəfəri Zəncanın adının yenidən Azərbaycana çevrilməsinə dair tezislər ifadə edib və O adın yenidən zəncana verilməsini istəyir.buna görə cəfəri deyir ki zəncanın adı qızıl azərbaycan (qızılın artırılması daha iki azərbaycandan ayrı tutulmasıdır) olmalıdır niyə ki oradan qızıl özən kimi axar çay keçir və dəyərli qızıl, mis və ayrı mədənlər bu ostanda bulunur.
Gecə ta subhə kimi mələdim bilmədiniz heç!,
Ürəyin qanını gözdən ələdim bilmədiniz heç!,
Gün çıxan vaxtta yığışdız bir ağac kölgəsinə,
Uyduz əvvəldə ürəkdən qara bayquş səsinə,
Oyanan olmadı kimsə o ağac şeyhəsinə,
Nə yuxu, ləş-ləşin üstə kələdim bilmədiniz heç,
Qollarizdan yapışıb silkələdim bilmədiniz heç.
Baxdım dalısıca yar gedəndə,
Bir yolda dedim baxar gedəndə,
Baxdı qapıdan keçəndə güldü,
Bilməzdi ürək umar gedəndə,
Bağlandı dilim ürəkdən amma,
Az qaldı çəkim havar gedəndə!,
Səndən sonra eşqi neynəyirən mən!,
Al eşqinidə apar gedəndə.
Youtube da baxın