Huşartsan — erməni soyqırımı qurbanlarına həsr olunmuş ilk memorial olan mərmər abidə. Bu, 1919-cu ildə Osmanlı imperiyasının İstanbul şəhərində, Taksim meydanı yaxınlığında, qismən indiki Gəzi parkı ərazisində ucalmışdır. Abidə keçmiş Panqaltı erməni qəbiristanlığının ərazisində yerləşirdi. 1922-ci ildə Türk Milli Hərəkatı zamanı abidə sökülmüş və sonradan naməlum şəraitdə itmişdir.
Huşartsan | |
---|---|
41°02′30″ şm. e. 28°59′15″ ş. u. | |
Ölkə | |
Tikilmə tarixi | 1919 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk anım mərasimindən sonra soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması planları həyata keçirilmişdir. Layihəni həyata keçirmək üçün komissiya yaradılmışdır. Nəhayət, abidə 1919-cu ildə Panqaltı erməni qəbiristanlığının ərazisində ucaldılmışdır. Daha sonra 1930-cu illərdə Türkiyə hökuməti tərəfindən sökülərək müsadirə edilən qəbiristanlıq İstanbulun Taksim meydanı yaxınlığında, indiki Gəzi parkında yerləşirdi.[1] Abidə erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ilk memorial olmuşdur.[2]
1922-ci ildə Türk Milli Hərəkatının dirçəlməsi zamanı abidə sökülmüş və sonradan naməlum şəraitdə itmişdir.[1][3][4] Tarixçi Gevork Pamuqcıyanın sözlərinə görə, abidənin əsası sonuncu dəfə "Hərbiyyə" kazarmasının (hazırda İstanbul Hərb Muzeyi) bağçalarında görülmüşdür.[5]
Bildirilir ki, abidənin təsviri erməni yazıçısı və naşiri Teotiqin 1919-cu ildə yazdığı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kitabının üz qabığında yer almışdır.[5]
Gəzi parkı etirazları zamanı müxtəlif fəallar abidənin yenidən qurulmasını tələb etmişdilər. "Dur De" adlı qeyri-hökumət təşkilatının aparıcı üzvü Çingiz Alqan abidənin yenidən tikilməsinə dəstəyini bildirmişdir.[6][7]