Gevork Pamuqcıyan (türk. Kevork Pamukciyan; 23 fevral 1923[1], Konstantinopol – 24 sentyabr 1996 və ya 23 sentyabr 1996[1], İstanbul) — erməniəsilli Türkyiə yazıçısı, tarix və bioqrafiya tədqiqatçısı.[2]
Gevork Pamuqcıyan | |
---|---|
türk. Kevork Pamukciyan | |
Doğum tarixi | 23 fevral 1923[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 1996 (73 yaşında) və ya 23 sentyabr 1996[1] (73 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | filoloq |
Gevork Pamuqcıyan 23 fevral 1923-cü ildə İstanbulun Üsküdar rayonunun Quzguncuq səmtinin İcadiye məhəlləsində əslən Kayseridən olan bir ailədə anadan olmuşdur.[3] Gevorkun atası Hacı Mikayıl Pamuqcıyan, anası Nazeli Lusararyandır.[3] İbtidai təhsilini 1937-ci ildə Nersesyan-Yermonyan məktəbində başa vurmuş Gevork təhsilini Müqəddəs İosif Fransız Kollecində davam etdirmişdi. Onuncu sinfə qədər burada təhsilini davam etdirmiş Gevork 1945-ci ildə məktəbi yarımçıq qoymuşdur.
Gevork əsərlərinin sonunda Gevork Pamukcıyan imzasından başqa Kim-Men-Pen, K.M.P., K.P., Gevork Mırayon, G.Mırayon, Hasmiq, K.Arkeos, Xarazan adları və abbreviaturaları da öz imzası kimi istifadə etmişdir.[3]
Gevork Pamuqcıyan 23 sentyabr 1996-cı ildə, 73 yaşında İstanbulun Şişli rayonunun Fəriköy səmtində yerləşən Surp Aqop xəstəxanasında vəfat etmişdir.[4]