Hunter × Hunter

Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır.

HUNTER × HUNTER
{{{şəkil izahı}}}
ハンター×ハンター
(Hantā × Hantā)
Ovçu × Ovçu
Janr
Manqa
ManqakaYoşihiro Toqaşi
NəşriyyatŞueişa
İmprintJump Comics
JurnalWeekly Shōnen Jump
DemoqrafiyaŞonen
Cildlər37 (cild siyahısı)
Anime filmi
Hunter × Hunter – Jump Super Anime Tour 98
RejissorNoriyuki Abe
Prodüsser
  • Ken Hagino
  • Tetsıo Daitokı
SsenaristHiroşi Haşimoto
StudiyaPierrot
Buraxılış tarixi26 iyul 1998
Vaxt26 dəqiqə
Anime serialı
RejissorKazıhiro Fırıhaşi
Prodüsser
  • Şuniçi Kosao
  • Keiiçi Matsıda
  • Daisıke Kavakami
SsenaristNobuaki Kişima
BəstəkarToşihiko Sahaşi
StudiyaNippon Animation
KanalFuji TV
Yayım tarixi16 oktyabr 1999 — 31 mart 2001
Seriyalar62 (seriya siyahısı)
OVA
Hunter × Hunter OVA
Rejissor
  • Satoşi Saga (#1—8)
  • Yukihiro Matsışita (#9—16)
  • Takeşi Hirota (#17—30)
SsenaristNobuaki Kişima
BəstəkarToşihiko Sahaşi
StudiyaNippon Animation
Buraxılış tarixi17 yanvar 2002 — 18 avqust 2004
Seriyalar30 (seriya siyahısı)
Anime serialı
RejissorHiroşi Kocina
Prodüsser
  • Toşio Nakatani
  • Naoki İvasa (#1—58)
  • Tomoko Yoşino (#1—75)
  • Tetsıto Motoyası (#1—87)
  • Akira Şinohara (#1—99)
  • Manabı Tamıra (#1—123)
  • Atsışi Kirimoto (#59—148)
  • Hiroyıki Okino (#88—100)
  • Keniçi Sakırai (#100—148)
  • Ai Morikava (#124—148)
Ssenarist
BəstəkarYoşihisa Hirano
StudiyaMadhouse
KanalNippon TV
Yayım tarixi2 oktyabr 2011 — 24 sentyabr 2014
Seriyalar148 (seriya siyahısı)
Anime filmləri
Videooyunlar
  • Hunter × Hunter: Hunter no Keifu (2000)
  • Hunter × Hunter: Maboroshi no Greed Island (2000)
  • Hunter × Hunter: Kindan no Hihō (2001)
  • Hunter × Hunter: Ryū myaku no Saidan (2001)
  • Hunter × Hunter: Ubawareta Aura Stone (2001)
  • Hunter × Hunter: Minna Tomodachi Daisakusen!! (2003)
  • Hunter × Hunter: Wonder Adventure (2012)

Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.

Manqa serialı nəhəng bir finansal uğur qazanmış və iyul 2022-ədək çap olunmuş 84 milyonluq kopiyasıyla birgə ən çox satılan manqalardan biri olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Official Website for Hunter x Hunter". Viz Media. March 7, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2017.
  2. "Hunter X Hunter Vol. 1". ComiXology. August 10, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 10, 2018.