Yoşihiro Toqaşi (冨樫 義博, Togashi Yoshihiro?, (27 aprel 1966, Yamaqata prefekturası)) — yapon manqaka. O, manqa illüstrə etməyə erkən yaşda — Şueişa tərəfindən istedadı ilə kollecdə oxuyarkən kəşf olunmamışdan öncə başlamışdır. Toqaşi ötən 30 il boyunca müxtəlif janrlarda bir sıra manqa seriyalarının müəllifi olmuşdur. O, əsasən, YuYu Hakuşo (1990–1994) və Hunter × Hunter (1998—h.h.) seriyaları ilə tanınır, hansı ki, ikisi də bütün zamanların ən çox satılan manqalarından olmuşdur. Toqaşi Seylor Munun yazıçısı — Naoko Takeuçi ilə evlənmişdir.
Yoşihiro Toqaşi | |
---|---|
yap. 冨樫義博 | |
Doğum tarixi | 27 aprel 1966 (58 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Təhsili | |
Tanınmış əsərləri |
Şinco, Yamaqatada[1][2] kağız mağazası sahibi bir ailədə[3] dünyaya gözlərini açan Toqaşi ibtidai məktəbin 1–2-ci siniflərində təhsil alarkən manqa çəkməyə başlamışdır.[1][2][4] Tam təhsil dövründə məktəbinin təsviri sənət klubuna üzv olub; daha sonra isə Yamaqata Universitetində müəllim olmaq ümidi ilə təhsil alarkən qeydiyyatdan keçib.[1] Kollecdə təhsil alarkən manqa işlərindən bəzilərini Şueişa tərəfindən nəşr olunan Weekly Shonen Jumpa göndərib.[1][2] 1986-cı ildə 20 yaşında olarkən Buttobi Straight (ぶっとびストレート, Buttobi Sutorēto?) adlı bir manqa cizmiş və bu işinə görə yeni sənətçilər üçün ən prestijli mükafat olan Tezuka mükafatını qazanmışdır.[4][5][6] Toqaşinin Cura no Mizıki (ジュラのミヅキ, Jura no Mizuki?) adlanan başqa bir manqasının isə Şueişanın 1998-da nəşr olunan birinci illik Hop Step Award Selection jurnalında honorable mention kimi adı çəkilmişdi.[7] Müəllim olmaq fikrindən daşındıqdan sonra kollecinin son ilində Toqaşi ilə Weekly Shōnen Jump jurnalının bir redaktoru əlaqə saxlamış və ondan Tokyoya köçməsini xahiş etmişdi.[2]
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |