Huqo Yunkers

Huqo Yunkers (alm. Hugo Junkers‎; 3 fevral 1859[1][2][…]3 fevral 1935[1][2][…]) — alman aviakonstruktoru, Junkers avia şirkətinin əsasını qoymuşdur (1895).

Huqo Yunkers
alm. Hugo Junkers
Doğum tarixi
Doğum yeri Reydt, Almaniya
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Hautinq, Almaniya
Təhsili
Fəaliyyəti ixtiraçı, universitet müəllimi[d], mühəndis
Üzvlüyü
  • Prussiya Elmlər Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O 1859-cu ildə müəssisəçi Haynrix Yunkers və onun həyat yoldaşı Luizenin yeddi ovladının üçüncüsü kimi dünyaya gəlmişdir.

Yunkers 1933-cü ilə qədər Dessau şəhərində yaratdığı Junkers & Co şirkətinin sahibi olmuşdur. Professor, tədqiqatçı və iş adamı kimi o təyyarəqayırmada tam metaldan hazırlanmış təyyarələrin və möhkəm strukturların yaradılıb inkişaf etdirilməsində əsas işlər görmüşdür.

O öz təyyarə mühərriki və qaz qızdırıcısı ilə məşhurlaşır. Yunkers 20-cu illərdə aviasiya şirkəti yaradır. Onun bu şirkıti sonralar "Luftnahza" ilə birləşir.

1932-ci ildə Dünya İqtisadi Böhranı nəticəsində onun müəssisəi tənəzzülə uğrayır. Yunkers həmin dövrdə "Nasional sosilalist"lər ilə birgə çalışmaqdan imtina etdiyinə görə müflisliyə doğru itələnir və Dessau şəhəri tərəfindən qadağa alır. Bundan sonra o Bavariyaya köçür və iki il sonra, 76 yaşında vəfat edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Hugo Junkers // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Hugo Junkers // Brockhauz Ensiklopediyası (alm.).