Berlin Texniki Universiteti (alm. Technische Universität Berlin) — Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri.
Berlin Texniki Universiteti | |
---|---|
Technische Universität Berlin | |
52°30′43″ şm. e. 13°19′35″ ş. u.HGYO | |
Əsası qoyulub | 1770 |
Tip | Dövlət |
Rektor | Xristian Tomsen |
Tələbə sayı | 34.842[1] |
Şəhər | Berlin şəhəri |
Ölkə | |
Sayt | tu.berlin |
Vikianbarda əlaqəli mediafayllar |
Berlin Texniki Universitetinin yaranma tarixi kral II Fridrixin hakimiyyəti illərinə - XVIII əsrə təsadüf edir.[2] 1770-ci ildə Dağ-Metallurgiya Tədris İnstitutunun əsası qoyulur.[2] 4 il sonra İnstitutun adı dəyişdirilərək Dağ Sənayesi Akademiyası olur. Sonradan akademiya və 1799-cu ildə yaradılmış Arxitektura Akademiyası, həmçinin 1821-ci ildə yaradılmış Biznes Akademiyası, 1916-cı ildə kralın fərmanı ilə isə Dağ Sənayesi Akademiyası Berlin Texniki İnstitutunun nəzdinə keçirilir.[2] Universitet 1946-cı ilədək Berlin Ali Texniki Məktəbi adlandırılmışdır.[2]
Sənaye sahələrinin sürətli inkişafı nəticəsində XIX əsrdə ali təhsilli mühəndislərə tələbatın artması Berlin Texniki İnstitutuna böyük ehtiyac yaratmışdır.[2] 1878-ci ildən 1884-cü ilədək institutun əsas korpusları tikilmişdir.[2] 1899-cu ildə alman imperatoru və Prussiya kralı II Vilhelm institut tərəfindən Almaniyada ilk dəfə olaraq elmlər doktoru dərəcəsinin verilməsinə göstəriş vermişdir.[2]
İnstitut 20 aprel 1945-ci ildə bağlanmış və 9 aprel 1946-cı ildə Berlin Texniki Universiteti adı altında yenidən fəaliyyətə başlamışdır.[2]
Berlin Texniki Universitetində ümumilikdə 30 mindən artıq tələbə təhsil alır. Onlardan 6 mini, yəni 20%-i əcnəbilərdir.[2]
Universitetə qəbul olmaq üçün alman dilinin səviyyəsi yüksək olmalıdır.[4] Dil bilikləri zəif olan tələbələr Universitetin tərkibində alman dili kurslarında hazırlaşırlar.[4]
Digər texniki ali məktəblərdən fərqli olaraq universitet zəngin tədris vəsaitləri təqdim edir. Burada biotexnologiya, mühəndis elmləri, inşaat, iqtisadiyyat, informatika, eləcə də humanitar və sosial elmlər üzrə bakalavr və magistrlər hazırlanır.[2]
Hazırda Berlin Texniki Universitetində təhsil ümumilikdə 7 fakültə üzrə aparılır:[2]
Berlin Texnoloji Universitetinin ərazisi Berlin şəhərinin müxtəlif yerlərində təqribən 600 000 m² ərazini əhatə edir.[2] Əsas universitet şəhərçiyi Şarlottenburqda yerləşir.[2]
Universitetin yeni əsas kitabxanası 2004-cü ildə açılmışdır.[2] Həmin vaxt əvvəlki 17 kitabxana da bu kitabxanaya birləşdirilmişdir.[2]
Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.[5]
Berlin Texniki Universiteti 2004-cü ilin "Times Higher Education–QS World University Rankings" siyahısında 60-cı yerdə olmuşdur.[6]
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
Almaniya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Universitet ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |