Hurts - Mançesterdən olan İngilis musiqi kollektivi. 2009-cu ildə yaranmışdı. Onların ilk iki albomu - Happiness və Exile Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Polşa və Finlandiyada 10 ən yaxşı albom sıralarına daxil olmuşdu.
Hurts | |
---|---|
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 2009-cu ildən — bu günə kimi |
Janrlar | sintipop, yeni dalğa |
Albom şirkəti | RCA |
informationhurts.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrupun adı 2 məna daşıyır: birincisi bu tezlik vahidinin ölçüsüdür (ürək sakit vəziyyətdə) təxminən 1 Herzt vahidində döyünür, maraqlısı elə odur ki, Herz sözü (alm. Herz) tərcümədə «ürək» deməkdir. İkincisi isə emosiya (ing. hurt — əzab, ruhi iztirab). Bundan başqa, Hurts adı yaxşı görünür və çox gözəl səslənilir.[1][2] Musiqiçilərin özləri isə deyirlər ki, onlar emosional (Hurts) elektron (Hertz) musiqi yazırlar.[3][4] Qrup bir çox sosial proektlərdə iştirak etmişdi. 14 oktyabr 2010-cu ildə Hurts qrupu Berlində düzənlənən «Bembiyə xərac» adlı valideyn himayəsindən məhrum qalan uşaqlar üçün xeyriyyə tədbirində çıxış etmişdilər.[5] 17 noyabr 2010-cu ildə təlimdə çətinlik çəkən insanlar üçün vəsait yığmaq məqsədi ilə London kapellasında və «Menkapın» təşkilatçılığı ilə Hurts qrupunun çıxışı baş tutdu.[6] Akustik konsertdə Adam iştirak edə bilmədi,[7] lakin tədbirin çox böyük əhəmiyyətindən onlar qərara gəldilər ki, Teo konserti onsuz aparacaq. Tədbirdə «Devotion», «Wonderful Life», «Sunday», «Blood Tears and Gold», «Evelyn», «Better Than Love» və «Stay» mahnıları ifa edildi.[8] 24 aprel 2011-ci ildə qrup «Wonderful Life» mahnısı ilə «İdollar» layihəsinin fin versiyasında çıxış etmişdilər; bu proektin məqsədi - «Finn Church Aid» təşkilatın köməyi ilə ən kasıb ölkələrə maddi yardım edilməsi və bunun üçün düzənlənmiş xeyriyyə şousu yaratmaq idi.[9] 7 mart 2013-cü ildə Hurts BBC Three kanalının «Gülüşlə yetirilərək» adlı teleşousunda Qrem Norton ilə birgə «Miracle» adlı mahnısını ifa etdilər - bu şounun da əsas prinsipi, Efiopiyada aclıqdan əziyyət çəkən insanlara kömək məqsədi ilə təşkil olunan xeyriyyə fondunun yaradılmasından ibarət idi.[10]
Qrup üzvlərinin dediyinə görə, ümumilikdə Depeche Mode, Tears for Fears, Maykl Cekson, Prins və buna bənzərləri onları ilhamlandırır, amma konkret olaraq heçbirisi.[11][12][13] Onlara daha çox 90-cı illərdə təsir olunub.[14]
Biz çoxlu amerikan və ingilis pop-musiqisi dinləyirik, xüsusən də Take That, həmçinin 90-cı illərdə çəkilmiş filmlər üçün möhtəşəm soundtreklər də dinləyirik. Əslində "80-ci il təsiri" adında bir şey yoxdur, insanlar hələ də Pet Shop Boys deyə dururlar. Amma biz bunu görmürük.[15]
Mançester onların musiqi üslubuna deyil, məhz öndəgedən, qabaqcıl bir yer kimi təsir göstərmişdi.[16] Onlar qrupa konkret musiqinin təsirindən danışırlar və bunun sübutu olaraq, kompozisiyaların birinə Tifon orqanını yazmaq niyyətindədirlər.
İl | Ad | Chart'larda yerləşmə[19] | Şərhlər | |||
---|---|---|---|---|---|---|
DE | AT | CH | UK | |||
2010 | Happiness | 2 (64 Wo.) |
2 (49 Wo.) |
2 (58 Wo.) |
4 (26 Wo.) |
Birinci nəşr: 27 Avqust 2010 Happiness Deluxe: 28 Oktyabr 2011 |
2013 | Exile | 3 (… Wo.) |
4 (… Wo.) |
2 (… Wo.) |
9 (… Wo.) |
Birinci nəşr: 8 Mart 2013 |
İl | Ad | Chart'larda yerləşmə[19] | Şərhlər | |||
---|---|---|---|---|---|---|
DE | AT | CH | UK | |||
2010 | The Belle Vue EP Happiness |
— | — | — | — | Birinci nəşr: 9 İyul 2010 (yalnız rəqəmsal) |
İl | Ad | Chart'larda yerləşmə[19] | Şərhlər | |||
---|---|---|---|---|---|---|
DE | AT | CH | UK | |||
2010 | Better Than Love Happiness |
66* (5 Wo.) |
— | 56 (1 Wo.) |
50 (1 Wo.) |
Birinci nəşr: 21 May 2010[20] * Re-ReleaseD, A und CHda: 15 İyul 2011 |
Wonderful Life Happiness |
2 (42 Wo.) |
5 (27 Wo.) |
4 (36 Wo.) |
21 (21 Wo.) |
Birinci nəşr: 6 Avqust 2010 | |
Stay Happiness |
3 (36 Wo.) |
4 (21 Wo.) |
6 (25 Wo.) |
50 (1 Wo.) |
Birinci nəşr: 15 Noyabr 2010 (UK) in D, A und CH: 11. Februar 2011[21] | |
All I Want for Christmas Is New Year’s Day Happiness Deluxe |
— | 67 (1 Wo.) |
— | — | Birinci nəşr: 13 Dekabr 2010 | |
2011 | Sunday Happiness |
— | — | — | 57 (1 Wo.) |
Birinci nəşr: 27 Fevral 2011 |
Illuminated / Better Than Love Happiness |
— | — | — | 68 (1 Wo.) |
Birinci nəşr: 6 May 2011[22] YalnızIlluminated (İsveçrə): 3 İyul 2011[23] | |
Blood, Tears & Gold Happiness |
39 (6 Wo.) |
45 (3 Wo.) |
54 (4 Wo.) |
— | Birinci nəşr: 7 Oktyabr 2011 Yalnız D, A və CHda nəşr olunub | |
2013 | Miracle Exile |
23 (7 Wo.) |
43 (… Wo.) |
27 (… Wo.) |
— | Birinci nəşr: 11 Yanvar 2013 22 Mart 2013 |
Blind Exile |
52 (2 Wo.) |
60 (… Wo.) |
— | — | Birinci nəşr: 10 May 2013[24] | |
Somebody to Die For Exile |
46 (… Wo.) |
57 (… Wo.) |
62 (… Wo.) |
— | Birinci nəşr: 19 İyul 2013 | |
Ohne Dich | 88 (… Wo.) |
— | — | — | Birinci nəşr: 19 İyul 2013 "Somebody to Die For" üçün B-səhifə |