Hyacinthus

Sünbülçiçəyi (lat. Hyacinthus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.

Sünbülçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yarpaqları rozet halında toplanmışdır. Çiçəkləri sünbülvarı salxımda yerləşir. Şərqi Aralıq dənizi ölkələrində yabanı halda bitən bir növü — şərq sünbülçiçəyi (H. orientalis) məlumdur. XV əsrin əvvəllərindən becərilir. Sünbülçiçək sortları rəngi, ölçüsü, forması və çiçək salxımının sıxlığı ilə xarakterizə olunur. Azərbaycanda mart—aprel aylarında çiçəkləyir.