Ağacvari hortenziya (lat. Hydrangea arborescens) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Ağacvari hortenziya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Ağacvari hortenziya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimali Amerikada təbii yayılmışdır.
Hündürlüyü 2m, gövdəsi düz iri yarpaqlı koldur. Yumru çətirnin diametri 2 m-ə qədərdir. Yarpaqları yumurtaşəkilli və ya ellipsvari, diametri 8-15 sm, üstdən tünd yaşıl, altdan bozumtul rəngdədir. Zoğları bir az tüklü, alt tərəfi çılpaq, kənarları dişli, bünövrəsində ürəkşəkilli çöküntüsü vardır. 4 yaşından bol çiçəkləyir. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir, tacı ağdır. Uzun müddət iyundan sentyabr ayına kimi fasiləsiz çiçəkləyir. Çiçəklərin diametri 2 sm, çiçək qrupunun diametri 15 sm-ə qədərdir. Meyvəsi qutucuq, ölçüsü 3 mm-dir. Meyvələri oktyabrda yetişir. Vegetasiyası mayın ortasından oktyabra qədərdir. Toxumları xırda, qanadsızdır. Bitki qələmlərlə asanlıqla çoxalır. Qələmlər 100% kök atır. Həyat müddəti 50 ildir.
Soyuğa az davamlıdır. Quraqlığı sevmir. Torpaqda əhəngin olmasını digər növlərə nisbətən daha yaxşı keçirir. Torpaq yumşaq və rütubətli saxlanılmalıdır.
Böyük Qafqazda, Lənkəranda, Astarada rütubətli bölgələrdə becərilir.
Tək və qrup əkinlərində çox effektli bitkidir.