Hydrangea macrophylla

İriyarpaq hortenziya (lat. Hydrangea macrophylla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.

İriyarpaq hortenziya
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Hydrangea macrophylla Ser.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-2 m, düz qalxan budaqlara malik koldur. Yarpaqları sadə, yumurtavari və tünd yaşıl, uzunluğu 7-15 sm, kənarları dişlidir. Çiçəkləri iri, çəhrayı, bəzən mavi və ağ rəngdə olub, enli, qalxanvari çiçək qrupunda toplanır. Kasayarpaqları iri, yaşımtıl, tədricən ağ, çəhrayı və ya mavi rəngdə olur. Meyvəsi 2-3 bölümlü, çoxsaylı xırda toxumları olan qutucuqdur. Yazdan yayın ortasına qədər 18-200 C-də toxumlarla, zoğlarla və kolun bölünməsi ilə çoxaldılır.

İşıqlı və yarımkölgəli ərazilərdə bitir. 100C-yə qədər soyuqlara dözür. Tez boy atır, istisevən, torpaq mühitinə, münbitltyinə və rütubətə tələbkardır. Torpaq qarışığı yarpaq, çim, torf və qum (2:1:1:1) qarışığından ibarət olmalıdır. Mənənə, qırmızı tor gənəsi ilə yoluxa bilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Lənkəranda, Zaqatalada və s. rayonlarda mədəni şəraitdə becərilir.

Dünyanın ən çox yayılmış bağ bitkilərinə aiddir. Bu növün çox miqdarda bağ formaları, o cümlədən ağ haşiyəli yarpaqları olan forması yaradılmışdır.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.