Boyaq dazı (lat. Hypericum androsaemum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Boyaq dazı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Boyaq dazı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Afrikada (Tunis, Əlcəzair), Avropada, Asiyada (Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Türkmənistan) yayılmışdır.
Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur. Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür. Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür. Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır. May ayında çiçəkləyir, iyun-iyul (avqust) aylarında meyvə verir.
BQ (Quba), BQ şərq, BQ qərb, Lənkəran dağlıq. Aşağı və orta dağ qurşağında.
Meşələrdə və rütubətli kolluqlarda rast gəlinir.
Günəşli və kölgəli yerdə bitir.
Yaşıllaşdırmada yamaclarda, təpələrdə, bağ yollarının yaxınlığında, ağac və kol qruplarının ətrafında əkilir. Bəzi sortları canlı hasarlarda və ya çiçək ləklərində digər çoxillik ot bitkiləri ilə birlikdə istifadə edilir.