Hiperoartiyalar (lat. Hyperoartia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi.
Hiperoartiyalar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Sinifüstü: Sinif: Hiperoartiyalar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bu sinfin ən çox yayılmış tipik nümayəndəsi çay ilanbalığıdır (Lampetra fluviatilis). Qida sənayesində onlardan istifadə edirlər. İlanbalıqlarında çənələrin və ətrafların olmaması onların aşağı pilləli onurğalılara aid olduğunu göstərir. Müasir dəyirmiağızlılar çənəsizlər adlanan qədim onurğalı heyvanlardan əmələ gəlmişdir. Onların bədənləri ilanabənzər çılpaq formada və seliklə örtülü, ağız hissəsi çənəsiz və qıfvarı formada olur.
Azərbaycanda yalnız 1 növə - Xəzər ilanbalığına (Caspiomyzon wagneri) Yalamadan Astarayadək ərazi sularında rast gəlinir. Xəzər ilanbalığı keçici növ olub, dənizdə yaşayır və yalnız çoxalma dövrü çaylara daxil olur. Xəzər endemi olan bu növün sayı XX əsrin ikinci yarısından kəskin azaldığından "Azərbaycanın Qırmızı Kitabı"nın birinci nəşrinə daxil edilmişdi. Əsas səbəb su elektrik stansiyalarının və bəndlərin inşası nəticəsində onların biotoplarının kəskin azalması idi. Lakin növün yüksək məhsuldarlığı (14-40 min kürü) və yeni mühitə yaxşı uyğunlaşmaq qabiliyyəti nəticəsində onun sayı bərpa olunmuşdur.