I'll Never Love Again

I'll Never Love Again (azərb. Mən bir daha sevməyəcəm‎) — Ledi Qaqa tərəfindən ifa edilmiş və "Ulduz doğuldu" albomuna daxil olan mahnıdır. Film versiyası ilə yanaşı mahnının geniş versiyası da yayımlanmışdır. Qaqa mahnını, Natali Hembi, Hillari Lindsi və Aaron Reytierlə birlikdə yazmışdır. Mahnının prodüserliyini isə Qaqa və Benyamin Rays etmişdir. Mahnı tənqidçilər tərəfindən müsbət qarşılanmışdır.

"I'll Never Love Again"
Ledi Qaqa tərəfindən Ulduz doğuldu albomunda ifa olunmuş mahnı
Yayımlanıb 2018
Janr film musiqisi
Dil ingilis dili
Müddət 4:41 (film versiyası)
5:28 (geniş versiya)
Bəstəkarlar Ledi Qaqa, Natali Hembri
Sözlərin müəllifləri Hillari Lindsi, Aaron Reytier
Prodüser Ledi Qaqa, Benyamin Rays
Studiya Shrine Auditorium, EastWest Studios, The Village West (Los-Anceles, Kaliforniya)
Audio nümunəsi
Mahnının giriş hissəsinin səslənməsi.

Ərəfə və yazılması

[redaktə | mənbəni redaktə et]
"I'll Never Love Again" mahnısı Los-Ancelesdəki Shrine Auditoriumda yazılmışdır.

Qaqanın "I'll Never Love Again" mahnısını ifa etdiyi "Ulduz doğuldu" filminin son səhnəsinin çəkilməsinə hazırlıqlar aparıldığı zaman, müğənniyə gələn zəngdə onun uşaqlıq dostu Sonya Daremdə dördüncü mərhələli xərçəng xəstəliyi aşkarlandığı xəbər verilir. Qaqa təcili olaraq çəkiliş meydanını tərk edir və dostu ilə görüşə tələsir, lakin, çatdığı zaman aydın olur ki, on dəqiqə gecikib və dostu artıq vəfat edib. Daremin həyat yoldaşı Qaqadan xahiş edir ki, vaxtını itirmədən çəkilişlərə davam etsin. Ledi Qaqa deyir ki, "Sonya mənə faciəvi hədiyyə etdi və mahnını Cekson üçün ifa etsəm də, rəfiqəmi nəzərdə tutmuşdum." Bredli Kuper Qaqanın itkisini başa düşərək ona dəstək olsa da, müğənni çəkilişləri tamamlamaqda israr etmişdir: "Beləcə o səhnəyə qalxdı və "I'll Never Love Again" mahnısını ifa etdi."[1]

Film versiyası ilə yanaşı mahnının geniş versiyası da təqdim edilmişdir. Qaqa mahnını, Natali Hembi, Hillari Lindsi və Aaron Reytierlə birlikdə yazmışdır.[2][3] Mahnının prodüserliyini isə Qaqa və Benyamin Rays etmişdir.[4] Mahnı Sol major tonallığında, 56 zərbəli ölçüyə malik moderate tempində ifa edilmişdir. Mahnının bəndlərində Gadd2–Em7–Cmaj9–D9sus, xor hissəsində isə Gadd2–Em7(no3)–Cmaj9/E–D9sus akkordları izlənilir. Qaqanın vokalı G3 və E5 arasında dəyişir.[5] "USA Today"dən Brayan Tutti mahnını "kədərli" ballada adlandırmışdır.[6]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

"Billboard" jurnalından Melina Nyuman film haqqında müsahibəsi zamanı balladanı "əlamətdar" adlandırır.[7] Jurnalın müxbiri Tatyana Kirisano Ledi Qaqanın "I'll Never Love Again" performansını filmin ən yaxşı səhnəsi adlandırır və yazır: "Yalnız sözlər gözəl deyil, həm də Qaqa/Elli sözlərin doğurduğu hissləri ürəkdolusu, göydələn həcmində diapozonla əks etdirir."[8] "The New York Times"dan Con Pareles mahnını Harri Nilsonun "Without You"Erik Karmenin "All by Myself" mahnıları ilə müqayisə edir, həmçinin Qaqanın "köhnə-məktəb üslubunu, tembrini, hissiyyatlığını və səs gücünü" tərifləyir.[9] "Pitchfork"dan Larri Fitzmoris mahnını "əlamətdar, ürək dağlayan" adlandırır və yazır ki, "mahnı özü kifayət qədər effektiv olsa da, son saniylərində onu kəsən dramatik dialoq film kimi Qaqanın zamanı dayandıran performansını kəsərək, ürək parçalayan səhnə ilə mahnının emosionallığını daha da artır".[10]

"The Boston Globe"dan Ti Burr film haqqında rəyində deyir ki, "Qaqanın "səs xatirəsi" istəsəz də istəməsəz də sizdə yeni qarışıq hisslər yaradacaq."[11] "The Hollywood Reporter"dən Skott Feyinberq bildirir ki, mahnı Ledi Qaqaya Ən yaxşı orijinal mahnı Oskar nominasiyası gətirəcək.[12] "USA Today"dən Patrik Rayan yazır ki, "Və filmin möhtəşəm emosional səhnəsi olan 'I'll Never Love Again' mahnısı ilə Qaqa şəxsu Vitni Hyuston anını qazanaraq, sevgi və itki haqqında unudulmaz bir nömrə canlandırır. Bu transendent uğur müğənni-aktrisaya ilk Oskarını gətirərək, onun hazırda pop musiqidə və ya musiqinin istənilən digər janrında ən yaxşı vokalçılardan biri olmasını xatırlada bilər."[13]

  • Sony/ATV Songs LLC / SG Songs LLC (BMI) / Happygowrucke / Creative Pulse Music/These Are Pulse Songs (BMI) tərəfindən yayımlanıb.
  • Bütün müəllif hüquqları These Are Pulse Songs, BIRB Music (ASCAP) / BMG Rights Management (US) LLC-yə aiddir.
  • Warner Tamerlane Publishing Corp. / Super LCS Publishing / One Tooth Productions (BMI), Warner-Barham Music LLC (BMI)
  • Əlavə təşkilatçılıq Songs of Universal (BMI) / Warner-Olive Music LLC (ASCAP) admin. by Universal Music Corp. (ASCAP)
  • Shrine Auditorium, EastWest Studios, The Village West (Los-Anceles, Kaliforniya)
  • Electric Lady Studiosda (Nyu-York) miks edilib.
  • Sterling Sound Studiosda (Nyu-York) işlənilib.

Mahnı üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
  • Ledi Qaqa – bəstəkar, prodüser, əsas vokal
  • Natali Hemby – bəstəkar
  • Hillari Lindsi – bəstəkar
  • Aaron Reytier – bəstəkar
  • Ben Rays – prodüser, səs yazan
  • Bo Bodnar – səs yazma üzrə köməkçi
  • Aleks Vilyams – səs yazma üzrə köməkçi
  • Tom Elmhirst – miksinq
  • Brendon Bost – miksinq mühəndisi
  • Rendi Merrill – audio masterinq
  • Kris Conson – zərb alətləri
  • Con Drummond – bass
  • Brokkett Parsons – klavisin
  • Tim Stüart – gitara
  • Riki Tillo – gitara
  • Stiven D. Oremus – simli alətlər mühəndisi
  • Piter Rotter – simli alətlər müqaviləçisi
  • Alissa Park – skripka
  • Culi Giqante – skripka
  • Çarli Bişarat – skripka
  • Cessika Quiderl – skripka
  • Brüs Dukov – skripka
  • Luanna Homzi – skripka
  • Benyamin Yakobson – skripka
  • Fillip Levi – skripka
  • Lisa Liu – skripka
  • Maya Maqub – skripka
  • Lusiya Mikarelli – skripka
  • Cosefina Verqara – skripka
  • Robert Brofi – viola
  • Endryu Dakless – viola
  • Metyu Fans – viola
  • Darrin MakKann – viola
  • Devid Volter – viola
  • Stiv Erudi – violonçel
  • Ceykob Braun – violonçel
  • Erik Bayers – violonçel
  • Dennis Karmazin – violonçel
  • Maykl Valerio – kontrabass
  • Ceffri Osika – kontrabass

İşçilərin adı A Star Is Born qeydlərindən götürülmüşdür.[14]

  1. Weiner, Zoe. "The True Story Behind A Star Is Born's Final Scene Will Make You Cry All Over Again". Glamour. October 10, 2018. September 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2018.
  2. "'A Star is Born': Some of Nashville's most powerful voices helped shape the soundtrack". The Washington Post. 2018-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018. (#invalid_param_val)
  3. "Bradley Cooper / Lady Gaga: I'll Never Love Again". AllMusic. 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  4. Colburn, Randall. "Lady Gaga and Bradley Cooper unveil A Star Is Born original soundtrack: Stream". Consequence of Sound. October 4, 2018. October 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  5. Germanotta, Stefani. "Lady Gaga 'I'll Never Love Again' Sheet Music in G Major". Musicnotes.com. 2018. MN0190036. 2018-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  6. Truitt, Brian. "Review: Lady Gaga, Bradley Cooper are electrifying in extraordinary 'A Star Is Born'". USA Today. October 1, 2018. October 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  7. Newman, Melinda. "Lady Gaga's 'A Star Is Born' Hits All the Right Notes: Movie Review". Billboard. September 25, 2018. October 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  8. Cirisano, Tatiana. "The 10 Best Moments from 'A Star Is Born,' Ranked". Billboard. October 5, 2018. October 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  9. "In 'A Star Is Born,' Lady Gaga Pits Pop Against Authenticity". The New York Times. 2018-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  10. Fitzmaurice, Larry. "Lady Gaga / Bradley Cooper: A Star is Born Soundtrack". Pitchfork. 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2018.
  11. Burr, Ty. "Lady Gaga glitters in 'A Star Is Born'". Boston Globe. October 3, 2018. October 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  12. Feinberg, Scott. "Toronto: 'A Star Is Born' Rockets Into Oscar Contention at North American Premiere". The Hollywood Reporter. September 10, 2018. October 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  13. Ryan, Patrick. "Lady Gaga, Bradley Cooper's stunning 'A Star Is Born' soundtrack proves 'Shallow' was no fluke". USA Today. October 5, 2018. October 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  14. A Star Is Born (Credits from Liner notes). Lady Gaga and Bradley Cooper. Interscope Records. 2018. B0028726-01. October 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]