Ulduz doğuldu (film, 2018)

Ulduz doğuldu (ing. A Star Is Born) — 2018-ci ildə Bredli Kuperin prodüserliyi və rejissorluğu ilə çəkilmiş, aktyorun rejissor debütü olan ABŞ musiqili romantik dram filmidir. Filmin ssenarisi Kuper, Erik Rot və Uill Fetters tərəfindən yazılmışdır. 1937-ci ildə çıxarılmış eyni adlı filmin remeyki olan filmdə Kuper, Ledi Qaqa, Endryu Days Kley, Deyv Şappell və Sem Elliot rol almışlar. Filmdə içki və narkotik düşkünü olan məşhur musiqiçinin (Kuper) gənc müğənni qızla (Qaqa) tanış olması və sevməsindən bəhs edilir. Bu, 1937-ci ildə çıxarılmış orijinal filmin (əsas rollarda Cenet GeynorFredrik Març) üçüncü remeykidir. Daha əvvəl isə filmin, 1954-cü ildə və (əsas rollarda Cudi QarlendCeyms Meyson) və 1976-cı ildə (əsas rollarda Barbra StreyzandKris Kristofferson) remeykləri çıxarılmışdı.

Ulduz doğuldu
ing. A Star Is Born
Kinoteatr afişası
Kinoteatr afişası
Janr musiqili film, romantik film
Rejissor Bredli Kuper
Prodüserlər Bredli Kuper
Bill Gerber
Todd Fillips
Linett Houell Teylor[1]
Əsərin müəllifləri Uilyam Uellman, Robert Karson, Doroti ParkerAlan Kempbellin "Ulduz doğuldu" filmi
Ssenari müəllifləri Erik Rot
Bredli Kuper
Uill Fetters
Baş rollarda Bredli Kuper
Ledi Qaqa
Endryu Days Kley
Deyv Şapell
Sem Elliot
Operator Mettyu Libatik[1]
Bəstəkar Aaron Ziqman
Montajçı Cey Kessidi[d]
İstehsalçılar Warner Bros.[2]
Metro-Goldwyn-Mayer
Joint Effort
Gerber Pictures
Live Nation Entertainment
Distribütor Warner Bros., InterCom[d][7], Netflix
İlk baxış tarixi 31 avqust, 2018 (VFF)
5 oktyabr 2018 (ABŞ)
4 oktyabr 2018 (Azərbaycan)
Müddət 135 dəq.[3]
Büdcə $36–40 milyon[4][5]
Gəlir $135.4 milyon[6]
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 2018
Rəng rəngli
IMDb ID1517451
Mükafatları Academy Award for Best Original Song
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üçüncü Ulduz doğuldu remeyki haqqında müzakirələrə 2011-ci ildə başlanılmış və həmin vaxt Klint İstvudun rejissor kürsüsünə əyləşəcəyi, Beyonsenin isə baş rolu canlandıracağı elan edildi. Bundan sonra film inkişaf cəhənnəminə düşmüş, Beyonsenin partnyoru kimi bir neçə aktyorun, o cümlədən, Kristian Beyl, Leonardo Di Kaprio, Uill SmitTom Kruzun adları hallandırılmışdır. 2016-cı ilin martında Kuperlə filmdə rol almaq və rejissorluq etmək üçün müqavilə imzalanmış, həmin ilin avqustunda isə Ledi Qaqa layihəyə qoşulmuşdur. Filmin əsas çəkilişlərinə 2017-ci ilin aprel ayında, Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı zamanı start verilmişdir.

Ulduz doğuldu filminin premyerası 31 avqust 2018-ci ildə 75-ci Venesiya Beynəlxalq Film Festivalı zamanı baş tutmuş, film Azərbaycanda 4 oktyabr 2018-ci ildə, ABŞ-də isə 5 oktyabr 2018-ci ildə Warner Bros. tərəfindən çıxarılmışdır. Film tənqidçilər tərəfindən alqışla qarşılanmış, Kuper və Qaqanın performansları, Kuperin rejissorluğu, operator işi və musiqi təriflənmişdir.

Cekson Meyn bütün ölkə boyu turnedə iştirak edərək konsertlər verir və alkoqol asılılığı problemini ictimayətdən gozlətməyə çalışır ("Black Eyes"). Onun əsas dəstəkçisi və köməkçisi həm də meneceri olan böyük qardaşı Bobbidir. Gənc musiqiçi Elli gündüzlər dostu Ramonla birlikdə kafedə ofisiant işləyir, gecə isə yerli draq barında çıxış edir. Konsertindən sonra içmək üçün bara gələn Cekson burda Ellinin ifasını eşidir ("La Vie en rose"). Ellinin ifasını çox bəyənən Cekson onu içkiyə qonaq edir. Söhbət zamanı Elli heç vaxt peşəkar karyera ilə məşğul olmadığını, həmişə böyük burnundan utandığını deyir. Cekson isə onun burnunu çox cazibədar hesab etdiyini bildirir.

Cekson Ellini evə ötürür. Elli dul atası ilə birlikdə yaşayır. Cekson Ellidən xahiş edir ki, bu gecə baş tutacaq şousuna gəlsin. Atası Lorensonun təhrikinə baxmayaraq Elli şouya getməkdən imtina edir. Lakin, sonradan Elli fikrini dəyişərək dostu Ramonla birlikdə şouya gəlir və burda Cekson onu böyük səhnəyə çıxaraq duet oxumağa məcbur edir. Bir qədər tərəddüddən sonra o, səhnəyə çıxaraq oxuyur ("Shallow").

Cekson və Alli bundan sonra birlikdə bir neçə konsert verirlər və onlar arasında yaxın münasibət yaranmağa başlayır ("Maybe It's Time"). Ceksonun huşunu itirənə qədər içməsindən sonra Bobbi deyir ki, daim onun qayğısına qalmaq, nəzarət etmək və ətrafındakı insanlardan qorumaq lazımdır. Cekson qardaşı üçün hədiyyə etdiyi və atalarının dəfn edildiyi fermanı Elliyə göstərmək üçün Arizonaya gəlir. Lakin burda Bobbinin fermanı satdığını, məzarın isə fırtına zamanı dağıldığını öyrənir. Bunu satqınlıq kimi qəbul edən Cekson Bobbini vurur və o, daha qardaşı ilə işləmək istəmədiyini bildirir.

Növbədi şoudan ("Always Remember Us This Way") sonra Elliyə yaxınlaşan musiqi prodüseri Rez müqavilə imzalamağı və müstəqil fəaliyyətə başlamağı təklif edir. Bu təklifdən narahat olmasına baxmayaraq, Cekson onun müstəqil fəaliyyətini dəstəkləyir. Konsert çıxışlarından birində ("Heal Me") rəqqaslardan imtinaya görə Rez Ellini tənqid edir və saçlarını rəngləməyi təklif edir. Ellinin konsertinə gəlməli olan Cekson içərək yolun ortasında yatır və sabah uşaqlıq dostu tərəfindən tapılır. Ceksonu axtarıb tapan Elli onun yanına gəlir. Cekson evlilik təklifi edir və onlar evlənirlər.

Ellinin "Saturday Night Live" verilişində çıxışı ("Why Did You Do That?") zamanı Bobbi də gəlir və Ceksonla barışır. Konsertdən sonra Cekson Ellinin yeni provokativ mahnısı haqqında mənfi rəyini bildirir. Bundan sonra onlar arasında qalmaqal və inciklik baş verir. Qremmi mükafatının təqdim etmə mərasimi zamanı Roy Orbinsona həsr edilmiş mahnının ifası zamanı məlum olur ki, Cekson yenidən keflidir. Elli Ən yaxşı yeni artist nominasiyasında qalib elan edilir. Mükafatı almaq üçün Ellinin səhnəyə çıxmasından sonra Cekson da onun yanına qalxır və hamının gözü qarşısında şalvarına işəyir. Bundan sonra Cekson üç ay davam edən müalicə kursu keçir.

Müalicənin sonuna yaxın Elli xəstəxanada Ceksonun yanına gəlir. Burda Cekson məlinə görə üzr istəyir. Qısa müddət sonra Cekson evə — Ellinin yanına qayıdır. Rez Ceksonun yanına gələrək, onun Elliyə böyük ziyan vurduğunu, lakin, qızın sevgisinə görə susduğunu deyir. Elli Rezdən tələb edir ki, Ceksonu da gözlənilən Avropa turnesinə qoşsun, Rezin imtinasından sonra isə turneni təxirə salır. Bunu Ceksona xəbər verən Elli yayın sonuna kimi onun yanında qalacağına şad olduğunu deyir. Ellinin getməsindən sonra Cekson narkotik qəbul edir və özünü asaraq intihar edir.

Lorenzo və Ramonun kömək etməyə cəhd göstərməsinə baxmayaraq Elli çətin psixoloji sarsıntı keçirir. Bobbi onunla görüşərək Ceksonun ölümündə yeganə günahkarın onun özü olduğunu deyir. Elli Ceksonun dəfnində vaxtilə yazdığı lakin heç vaxt ifa etmədiyi mahnını ("I'll Never Love Again") ifa edir və özünü Elli Men kimi təqdim edir.

  • Bredli Kuper — Cekson Meyn, alkoqolizmdən əziyyət çəkən tanınmış müğənni-bəstəkar. Ellinin yol göstərəni və sevgilisidir.
  • Ledi Qaqa — Elli, tanınmamış müğənni-bəstəkar.
  • Sem Elliott — Bobbi Meyn, Ceksonun böyük qardaşı və meneceri.
  • Deyv Şappell — Corc "Nudls" Stoun, Ceksonun yaxın dostu.
  • Endryu Days Kley — Lorenzo, Ellinin atası.
  • Entoni Ramos — Ramon, Ellinin dostu.
  • Maykl Harni — Vulfi, sürücü.
  • Rafi Gavron — Rez, musiqi prodüseri və Ellinin meneceri.

Yuxarıda sadalananlardan əlavə, Şangela Lakifa Uedley draq bar sahibi, Rebekka Fild Geyl, Uillam Bellay draq-kuin Emerald, Qreq Qrunberq Ceksonun sürücüsü Fil, Ron Rifkin isə Karl rollarını canlandırmışlar. Lukas Nelson & Promise of the Real qrupu filmdə Ceksonun qrupunu canlandırır, komediyaçı Luenell isə kassir rolunda görünür. Marlon Vilyams, Brendi Karlayl, Holzi, Alek Bolduin və Don Roy Kinq özləri kimi kameo rolunda görünmüşlər.

Beyonsenin hamiləliyinə görə layihə uzun müddət təxirə salınmışdır.

2011-ci ilin yanvarında Klint İstvudun baş rolunu Beyonse canlandıracağı, 1937-ci ilin "Ulduz doğuldu" filminin remeykini çəkmək üçün danışıqlara başlaması haqqında xəbər yayıldı[8]; lakin, Beyonsenin hamiləliyinə görə layihə təxirə salınır. 2012-ci ilin aprelində yazıçı Uill Fetters ssenarinin Kurt Kobeynin həyatından ilhamlandığını qeyd etmişdir.[9] Kristian Beyl, Leonardo Di Kaprio, Tom Kruz, Conni DeppUill Smitlə əsas kişi rolunu canlandırmaq üçün danışıqlar baş tutmamışdır. 9 oktyabr 2012-ci ildə Beyonse layihəni tərk etmiş, Bredli Kuperin isə filmdə rol alacağı qeyd edilmişdir. İstvud əsas qadın rolunun Esperanza Spoldinq tərəfindən canlandırılmasını təklif etmişdir.[10]

24 oktyabr 2015-ci ildə Warner Bros. Kuperlə danışıqların son mərhələdə olduğunu, onun həm də filmə rejissorluq etmək imkanı olduğunu, həmçinin, Beyonsenin yenidən layihəyə qaytarılması üçün danışıqlar aparıldığını elan edir[11]; Kuperin əsas kişi rolunu canlandıracağı təsdiqlənir.[12][13][14] 16 avqust 2016-cı ildə Ledi Qaqa ilə müqavilə imzalandığı və 2017-ci ilin əvvəllərində filmin istehsalına başlanacağı rəsmən elan edilir.[15] 9 noyabr 2016-cı ildə Rey Liotta ilə Ledi Qaqanın personajının menecerini canlandırmaq üçün danışıqar aparıldığı elan edilir.[16] Lakin, 17 mart 2017-ci ildə rolun Sem Elliota verildiyi[17], Endryu Days Kleyin isə Qaqanın personajının atası Lorenzonu canlandıracağı deyilir.[18] Kleyin seçilməsindən əvvəl rol üçün Robert de Niro, Con TurturroCon Travoltanın namizədliyi nəzərdən keçirilmişdir.[19] 2017-ci ilin aprelində Rafi Qavron, Maykl Harni və Rebekka Fild aktyor heyətinə qoşulmuşdur.[20]

Filmin çəkilişlərinə 17 aprel 2017-ci ildə start verilmişdir.[1] May aydında Deyv Şappell film üçün seçilmişdir.[21] 2018-ci ilin aprelində Holzinin aktyor heyətinə qoşulması elan edilmişdir.[22]

Lukas Nelsonun (kantri musiqiçisi Uilli Nelsonun oğlu) Desert Trip festivalında çıxışını izlədikdən sonra Kuper, film üzərində işləməkdə kömək etməsi üçün ona müraciət edir. Nelson bir neçə mahnı yazmağa razılaşır və onları prodüserlərə göndərir.[23] Sonradan Nelson Qaqa ilə görüşərək onunla birlikdə mahnılar yazmağa başlayır, Qaqa isə öz növbəsində onun yeni albomunda iki mahnının bek-vokalını ifa edir.[24] Qaqa və Kuperin duet şəklində ifa etdiyi mahnı 5 oktyabr 2018-ci ildə Interscope Records tərəfindən çıxarılmış və alboma "on doqquz mahnı + 15 dialoqun daxil" edildiyi bildirilmişdir.[25]

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

"Ulduz doğuldu" filminin premyerası 31 avqyst 2018-ci ildə Venesiya Film Festivalında baş tutmuşdur.[26][27] Film həm də 2018-ci ildə Toronto Beynəlxalq Film Festivalında[28], San-Sebastyan Beynəlxalq Film FestivalındaZürix Film Festivalında göstərilmişdir.[29][30] 28 sentyabr 2018 və 18 may 2018-ci ildə yayımın təxirə salınmasından[31][32] sonra film ABŞ-də 5 oktyabr 2018-ci ildə təqdim edilmişdir.[33]

ABŞ və Kanadada açılış həftəsonunda 3.686 kinoteatrdan filmin, $30 milyon gəlir gətirəcəyi düşünülür, bəzi mənbələr isə bu məbləği $40 milyon kimi göstərirlər. Cümə axşamı yayımından film $3.2 milyon, Cümə axşamı və Çərşənbə gecəsi yayımından isə $1.35 milyon və ilk yayım günündən isə $15.8 milyon gəlir gətirmişdir. Debüt həftəsində $41.3 milyon gəlirlə film, "Venom" filmindən sonra ikinci yerdə qərarlaşmışdır.[5]

Şimali Amerikadan kənarda 31 ölkədə film ABŞ-la eyni tarixdə çıxarılmış və ilk həftəsonunda $14 milyon gəlir gətirmişdir; filmin ən böyük bazarları Böyük Britaniya ($5.3 milyon), Fransa ($2.1 milyon) və Almaniya ($1.9 milyon) olmuşdur. $20 milyondan daha az gəlirin planlaşdırılmasına baxmayaraq, "Deadline Hollywood" filmi tərifləyir və mükafat mövsümünə hazırlaşmağı təklif edir.[34]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]
Bredli Kuper və Ledi Qaqanın aktyor işi, onlar arasındakı qığılcım, o cümlədən, Kuperin rejissor işi tənqidçilər tərəfindən qiymətləndirilmişdir.[35][36]

Rəy aqqreqatoru "Rotten Tomatoes"da "Ulduz doğuldu" filmi 267 tənqidçinin rəyi əsasında 91% təravətli 8/10 balla qiymətləndirilmişdir. Sayt tənqidçilərinin konsesusunda deyilir ki, "Cazibədar baş rol ifaçıları, uğurlu rejissor işi və təsiredici sevgi hekayəsinə malik olan "Ulduz doğuldu" – düzgün həyata keçirilmiş remeyk və bəzi hekayələrin təkrar danışılmasının da effektiv ola biləcəyi haqqında xatırlatmadır."[37] "Metacritic"də film, 59 tənqidçinin rəyinə əsasən 88/100 balla qiymətləndirilmiş və ümumi alqışla qarşılanmışdır.[38] "CinemaScore" tərəfindən keçirilmiş sorğuda A+ — F şkalası üzrə film "A" dərəcəsi ilə qiymətləndirilmiş, "PostTrak" isə filmin 90% müsbət rəy aldığını bildirmişdir.[5]

"TheWrap"dan Alonso Duralde filmə müsbət rəy verərək deyir ki, "Kuper və Ledi Qaqa birlikdə dinamit kimidirlər; bu əsas münasibətlər, əsas personajlar arasındakı qığılcım sayəsində yaşayır və ölür", musiqi nömrələrini isə "həyəcanlandırıcı" adlandırır.[39] "Variety" jurnalından Ouen Qleyberman Kuperin rejissor, ssenarist və aktyor işini tərifləyərək, filmi "transendent Hollivud filmi" adlandırır.[40] "Entertainment Weekly"dən Leya Qrinblatt filmi B+ dərəcəsi ilə qiymətləndirərək Qaqanın aktyorluğunu tərifləyir və deyir: "Həyatda ətdən paltar geyinəcək qədər ekstravanqard olan Ledi Qaqanın sadə və utancaq müğənni qızı uğurla canlandırması tərifə layiqdir."[35] "Time" jurnalından Stefani Zaxarek Kuperin rejissorluğunu, həmçinin onunla Ledi Qaqa arasındakı qığılcımı tərifləyərək deyir: "Filmdən çıxarkən həyatları pozulmuş, sınmış parçalarını bir arada tutmağa çalışan, sevdikləri adamlarla aralarındakı çatları birləşdirməyə çalışan bu adamların ağrılarını hiss edirsiz."[41]

"Los Angeles Times"dan Castin Çenq filmi "yaddaqalan" adlandıraraq 1937-ci ilin filminə yeni baxış gətirən Kuperin rejissorluğunu, ssenari müəlliflərinin və operatorun işini yüksək qiymətləndirir.[36] "Rolling Stone"dan Piter Travers 4.5/5 balla qiymətləndirdiyi filmi "müasir klassika" adlandırır, Kuper və Qaqanın aktyorluğunu, Kuperin rejissorluğunu tərifləyir, filmin ssenarisi və orijinal mahnılarını isə "problemsiz" və "möhtəşəm" adlandırır. O, həm də filmin Oskar mükafatı uğrunda mübarizədə əsas rəqiblərdən biri olacağını və 2018-ci ilin ən yaxşı filmlərindən biri olduğunu deyir.[42] "The Washington Post"dan Enn Hornedey filmi "çox xoşagələn" və "inandırıcı dünyəvi" adlandıraraq, Kuperin rejissorluğunu, Kuper və Qaqa arasındakı qığılcımı, o cümlədən Endryu Days Kley və Sem Elliotun ikinci plan rollarını tərifləyir.[43]

  1. 1 2 3 Perry, Spencer. "First Look at Lady Gaga in A Star is Born Remake". ComingSoon.net. April 17, 2017. April 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2018. (#apostrophe_markup)
  2. "Film releases". Variety Insight. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2018.
  3. "A Star is Born". Toronto Beynəlxalq Film Festivalı. 2018-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2018.
  4. Kilday, Gregg. "How 'A Star Is Born' Re-created the "Man's World" of Music, Coachella Concert Scenes". The Hollywood Reporter. August 22, 2018. September 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2018.
  5. 1 2 3 D'Alessandro, Anthony. "'Venom' Still Showing $80M Fangs; 'A Star Is Born' Hitting $42M+ High Note In Record October Weekend". Deadline Hollywood. Penske Business Media. October 7, 2018. October 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  6. "A Star Is Born (2018)". Box Office Mojo. 2018-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2018.
  7. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  8. Magrath, Andrea. "A Star Is Born... again: Clint Eastwood in talks to direct Beyonce in yet another remake of Hollywood classic". Daily Mail. London. January 21, 2011. January 22, 2011 tarixində arxivləşdirilib.
  9. Chitwood, Adam. "Screenwriter Will Fetters Talks Clint Eastwood's A STAR IS BORN; Says Script Was Inspired by Kurt Cobain". Collider.com. April 1, 2012. June 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018. (#apostrophe_markup)
  10. Kroll, Justin. "Beyonce exits Eastwood's 'A Star Is Born' (Exclusive)". Variety. October 9, 2012. August 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  11. Fleming Jr, Mike. "Bradley Cooper To Make Directing Debut, Hopes To Star With Beyonce In 'A Star Is Born' For Warner Bros". Deadline Hollywood. March 24, 2015. April 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  12. Bart, Peter; Fleming Jr, Mike. "Bart & Fleming: Bradley Cooper & Lady Gaga Road Test 'A Star Is Born' Team-Up". Deadline Hollywood. May 2, 2016. June 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  13. Fleming Jr, Mike. "Lady Gaga Looking Like A Strong Match With Bradley Cooper In 'A Star Is Born'". Deadline Hollywood. June 16, 2016. June 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  14. Kroll, Justin. "Lady Gaga Joins Bradley Cooper's 'A Star Is Born' Remake". Variety. June 16, 2016. August 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  15. Fleming Jr, Mike. "'A Star Is Born' Gets Warner Bros Green Light; Bradley Cooper Directs, Stars With Lady Gaga". Deadline Hollywood. August 16, 2016. August 17, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  16. Galuppo, Mia. "Ray Liotta in Talks to Join Lady Gaga in 'A Star Is Born' Remake". The Hollywood Reporter. November 9, 2016. November 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  17. Busch, Anita. "Sam Elliott Joins Bradley Cooper & Lady Gaga In 'A Star Is Born'". Deadline Hollywood. March 17, 2017. May 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  18. Busch, Anita. "Andrew Dice Clay In Negotiations To Join 'A Star Is Born' In Key Role". Deadline Hollywood. March 23, 2017. May 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  19. "Andrew Dice Clay Says He Beat Robert De Niro, John Travolta for 'A Star Is Born' Role". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.
  20. N'Duka, Amanda. "'A Star Is Born' Adds Rafi Gavron & Michael Harney". Deadline Hollywood. April 28, 2017. April 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  21. Hipes, Patrick. "Dave Chappelle Joins 'A Star Is Born' Redo". Deadline Hollywood. May 5, 2017. January 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  22. Fleming Jr, Mike. "Sony Pictures Makes Deal With Halsey For Movie Inspired By Singer's Life". Deadline Hollywood. April 26, 2018. April 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  23. Finn, Timothy. "He's worked with Neil Young, Gaga and his dad, Willie Nelson. Now he's coming to KC". The Kansas City Star. February 2, 2018. February 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  24. Stephens, Samantha. "How Lady Gaga Brought Lukas Nelson and Promise of the Real's "Find Yourself" to Life". CMT. September 18, 2017. February 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  25. Interscope. "#AStarIsBornSoundtrack features 19 songs in a wide range of musical styles + 15 dialogue tracks that will take you on a journey that mirrors the experience of seeing the film" (Tweet). August 30, 2018. İstifadə tarixi: 11 oktyabr 2018.
  26. Chu, Henry. "'A Star Is Born' to World Premiere at Venice Film Festival". Variety. July 23, 2018. July 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  27. Tartaglione, Nancy; Hammond, Pete. "Bradley Cooper's 'A Star Is Born' Headed To Venice After 1st Hollywood Screening Impresses Exhibitors – Update". Deadline Hollywood. 2018-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  28. Orlova-Alvarez, Tamara; Alvarez, Joe. "' Lady Gaga 'A Star Is Born' Premiere Toronto Film Festival 2018". Ikon London Magazine. September 10, 2018. March 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  29. Vlessing, Etan. "Toronto: Timothee Chalamet Starrer 'Beautiful Boy,' Dan Fogelman's 'Life Itself' Among Festival Lineup". The Hollywood Reporter. July 24, 2018. April 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  30. Wiseman, Andreas. "Damien Chazelle's 'First Man', Alfonso Cuaron's 'Roma', Bradley Cooper's 'A Star Is Born' Head To San Sebastian Fest". Deadline Hollywood. August 14, 2018. August 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  31. D'Alessandro, Anthony. "Bradley Cooper-Lady Gaga Movie 'A Star Is Born' Gets 2018 Release Date". Deadline Hollywood. November 10, 2016. November 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  32. Kroll, Justin. "Bradley Cooper-Lady Gaga's 'Star is Born' Moves to May 2018". Variety. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  33. Lawrence, Derek. "Lady Gaga's A Star Is Born shifts release date back to fall 2018". Entertainment Weekly. December 20, 2017. January 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  34. Tartaglione, Nancy. "'Venom' Sinks Teeth Into $205M Global Bow; Sets Biggest October Debut WW – International Box Office". Deadline Hollywood. Penske Business Media. October 7, 2018. October 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  35. 1 2 Greenblatt, Leah. "Lady Gaga and Bradley Cooper make (mostly) beautiful music in A Star Is Born: EW review". Entertainment Weekly. Meredith Corporation. August 31, 2018. September 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  36. 1 2 Chang, Justin. "'A Star Is Born,' 'Beautiful Boy' bring stories of love and addiction to Toronto". Los Angeles Times. September 8, 2018. September 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  37. "A Star Is Born (2018)". Rotten Tomatoes. 2018-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  38. "A Star Is Born (2018) reviews". Metacritic. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  39. Duralde, Alonso. "A Star Is Born Film Review: Bradley Cooper and Lady Gaga Reinvigorate a Classic". The Wrap. August 31, 2018. October 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2018.
  40. Gleiberman, Owen. "Venice Film Review: Bradley Cooper and Lady Gaga in A Star Is Born". Variety. August 31, 2018. September 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  41. Zacharek, Stephanie. "Lady Gaga Delivers a Knockout Performance in A Star Is Born". Time. August 31, 2018. August 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  42. Travers, Peter. "'A Star Is Born' Review: Cooper, Lady Gaga Hit All the Right Notes". Rolling Stone. October 1, 2018. June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2018.
  43. Hornaday, Ann. "Bradley Cooper and Lady Gaga's hotly anticipated 'A Star is Born' is here — and it is lavishly delightful". The Washington Post. September 21, 2018. October 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  ABŞ kinematoqrafı portalı П:  Musiqi portalı П:  Ledi Qaqa portalı