Işılay Sayqın (türk. Işılay Saygın; 4 aprel 1947, Buca, İzmir ili – 27 iyul 2019[1], İzmir) — Türk memar, siyasətçi və nazir.
Işılay Sayqın | |
---|---|
türk. Işılay Saygın | |
Doğum tarixi | 4 aprel 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyul 2019[1] (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, memar |
Partiyası |
|
Osman Nuri Sayqın və həyat yoldaşı Fatmanın ailəsində, İzmir ilinin Buca bələdiyəsində anadan olmuşdur. Egey Universitetinin Memarlıq fakültəsini bitirmişdir.
1973-cü ildən siyasətlə məşğul olur. Bu zaman Ədalət Partiyasına qatılır. İki müddət ərzində rayon başçısı vəzifəsini icra etmişdir. 1980-ci il çevrilişindən sonra vəzifəsini itirir. 1980-1983-cü illərdə memar işləmişdir. 1983-cü ildə Milliyyətçi Demokratik Partiyaya qatılır, elə həmin il Türkiyə parlamentinə üzv seçilir. 1987, 1991, 1995 və 1999-cu illərdə yenidən parlamentə seçilir. 1986-cı ildə MDP parçalanır, bundan sonra Sayqın Vətən Partiyasına qatılır. 1995-ci ildə partiyadan ayrılır və Həqiqi Yol Partiyasına qatılır, lakin 1997-ci ildə Vətən Partiyasına qayıdır. 2003-cü ildə siyasətdən ayrılır. Dörd dəfə nazir vəzifələrində çalışmışdır. Tansu Çillər hökumətində Işılay Sayqın Aysel Baykalın yerinə Qadın və Ailə üzrə Dövlət Naziri vəzifəsini icra dir. Sayqın 5-30 oktyabr 1995-ci il tarixlərində bu vəzifədə olur. Növbəti Çillər hökumətində də bu vəzifəni 1996-cı ilin fevralına qədər tutur. Ertəsi gün Sayqın Ətraf Mühit Naziri təyin edilir. 6 mart 1996-cı ildə onun yerinə Mustafa Taşar gətirilir. Bundan sonra Baş nazir Məsud Yılmaz Sayqını Turizm Naziri təyin edir. Bu vəzifəni 1996-cı ilin iyun ayına qədər tutur. 54 və 55-ci Türk hökumətinin Dövlət Naziri vəzifəsində çalışır[2][3][4][5][6][7].
Feministlər tərəfindən 1998-ci ilin yanvar ayında verdiyi bir reportajda hamiləlik testlərinin tətbiqini dəstəklədiyini söylədiyi üçün tənqid olunur[8][9]. Türkiyədə qadın hüquqlarına hörmətlə yanaşan qadın, cəmiyyətdə və ailə həyatında qadınların yerlərinin yaxşılaşdırılması istiqamətindəki işləri ilə ad çıxaran insan olaraq yadda qalır. Qadınlarla əlaqəli bir çox sosial layihəyə öz töhfəsini vermiş və müvafiq qanunların hazırlanmasına və qəbul edilməsinə kömək etmişdir. Qəbul edilməsinə töhfə verən bir çox qanun yenə də qüvvədədir.
Işılay Sayqın 4 iyul 2019-cu ildə İzmirdə ağciyər xəstəliyi səbəbiylə xəstəxanaya yerləşdirilir və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yatırılır. 27 iyul 2019 tarixində müalicə aldığı İzmir Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasında dünyasını dəyişir.