II. Hindistan - Pakistan müharibəsi

İkinci Hindistan-Pakistan müharibəsi - 1965-ci ilin avqust-sentyabr aylarında Hindistanla Pakistan arasında baş vermiş silahlı münaqişə.

II. Hindistan-Pakistan Müharibəsi
Hindistan-Pakistan Müharibələri
Kəşmirin xəritəsi
Kəşmirin xəritəsi
Tarix Avqust-sentyabr 1965
Yeri Hindistan-Pakistan sərhəddi
Münaqişə tərəfləri

Hindistan

Pakistan

İtkilər

3,000 əsgər
150-190 tank
60-75 təyyarə

3,800 əsgər
200-300 tank
20 təyyarə

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1965-ci ilin avqust-sentyabr aylarında Hindistanla Pakistan arasında münaqişənin başlanmasına əsas səbəb Pakistan tərəfindən mübahisəli Kəşmir ştatının Hindistan hissəsində üsyan qaldırmağa cəhd göstərilməsi olmuşdur. Tezliklə bu münaqişə iki dövlət arasında sərhəd müharibəsinə çevrilmişdir. Hərbi əməliyyatlar nəticəsində Pakistan tərəfindən 3800 nəfər [1][2][3][4], Hindistan tərəfindən 3000 nəfər [5] həlak olmuş, 8623 nəfər [6] yaralanmışdır. BMT-nin işə qarışması nəticəsində hərbi əməliyyatların qalibi müəyyənləşdirilmədən başa çatdırıldı.

1965-ci ilin yazında Hindistanla Pakistan arasında Böyük Kaç Pannı adlanan səhraya görə sərhəd münaqişəsi baş verdi. 1962-ci ilin mart-aprel aylarında hər iki ölkənin sərhədçiləri arasında silahlı toqquşmalar kəskinləşdi. HindistanPakistan sərhəd bölgəsinə əlavə qoşun hissələri yeritdilər. Münaqişə Böyük Britaniyanın müdaxiləsi nəticəsində tam gücü ilə alovlanmağa imkan tapmadı. İngiltərənin vasitəçiliyi ilə tərəflər 30 iyunda atəşin kəsilməsi haqqında müqavilə imzaladılar. 4 iyul 1969-cu ildə İslamabadda imzalanan müqaviləyə əsasən Kaş Pannı ətrafında yaranmış mübahisə tamamilə nizama salındı. Pakistan daha çox əraziyə iddia etsə də, müqavilənin şərtlərinə görə ona səhranın 900 km²-lik ərazisi verildi.

  1. Indo-Pakistan Wars Arxivləşdirilib 2009-05-08 at the Wayback MachineThe Tribune June 2, 2005 "Arxivlənmiş surət". 2009-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  2. Opinion: The Way it was 4: extracts from Brig (Retd) ZA Khan's book Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine May 1998, Defence Journal
  3. Ayub misled nation in ’65 war: Nur Khan8 September, 2005 Khaleej Times Arxivləşdirilib 2013-05-21 at the Wayback Machine
  4. "Library of Congress Country Studies". 2012-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  5. "Indo-Pakistan Wars". 2009-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  6. "Official Government of India Statement giving numbers of KIA - Parliament of India Website". 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.