III Məhəmməd xan

Məhəmməd xan ibn Əbdürrəşid xan (1538, Yarkənd1610) — Yarkənd xanlığının hakimi.

III Məhəmməd xan
1591 – 1610
ƏvvəlkiƏbdürkərim xan
SonrakıŞücaəddin Əhməd xan
Şəxsi məlumatlar
Doğum tarixi 1538
Doğum yeri
Vəfat tarixi 1610
Atası I Əbdürrəşid xan
Uşağı
Ailəsi Cığataylılar
Dini islam, sünni islam

Əbdülkərim xanın vəfatından sonra yerinə keçən, qardaşı Məhəmməd xan (1591–1610), qardaşı oğlu Əbdürrəhim xanı Çalış[1]- QaşqarTurfan yörələrinə əsas vali olaraq göndərir. Bu arada Əbdürrəşid xanın nəvələrindən Xudanbəndə sultanın, Qazaxların lideri Təvəkə xanın yardımıyla ÇalışTurfanı işğal etməsi ölkədə var olan siyasi hüzursuzluğu daha da artırmışdır.

Çətin duruma düşən Əbdürrəhim xan, əmisi Məhəmməd xandan yardım istəyincə, kalmıklara müraciət edərək Xudabəndə sultanın ölkədən çıxarılmasını istədi. Kalmıkların bir istəyə uyması üzərinə Xudabəndə sultan keçici bir müddət üçün ələ keçirdiyi Çalış və Turfandan çıxarıldığı kimi özü də yaxalanaraq Əbdürrəhim xana təslim edildi. Sonunda ruhani olan bir şəxsin ricası ilə Xudabəndə sultan sərbəst buraxılmış və Yarkənd yörəsinə göndərilmişdir. Bu arada Kalmıklarla dostluğu irəlilədən Əbdürrəhim xan, Kalmık öndəri Düreng Tayşinin qızı ilə evlənərək onlarla qohumluq qurmuşdur. Əbdürrəhim xanın Kalmık xanımından dünyaya gələn oğlu Abdulla irəlidə Şərqi Türkistana son parlaq dövrünü yaşadacaqdır.

  1. Karashahr-- thən known as Chálish--A History of thə Moghuls of Cəntral Asia [ölü keçid]